İnsan cəmiyyətinin inkişafı təbiətlə qarşılıqlı təmasda olmadan mümkün deyil



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə2/109
tarix08.04.2022
ölçüsü1,69 Mb.
#54989
1   2   3   4   5   6   7   8   9   ...   109
umumi ekologiya

 
 
 
 
 
 



 
            Ekologiya elminin inkişaf tarixinin qısa şərhi        
    Ekologiya  bir  elm  kimi  XIX  əsrin ikinci  yarısında,canlı orqanizmlər və onların 
həyat  tərzi  haqqında  biliklər  toplandıqdan  sonra  formalaşmağa  başlamışdır.Artıq 
başa düşülmüşdür ki,yalnız orqanizmlərin quruluşu və inkişafı deyil,eyni zamanda 
onların  məskunlaşdığı  mühitlə  qarşılıqlı  münasibətləri  də  ciddi  elmi  tədqiqata 
ehtiyacı olan müəyyən qanunauyğunluqlara tabedir.                                                                                                                                                  
Ekologiya”terminini ilk dəfə alman zooloqu E.Hekkel  işlətmişdir. O,özünün“Or-
qanizmlərin  ümumi  morfologiyası”adlı  fundamental  əsərində(Berlin,  1866)  yeni 
elminmahiyyətini izah etməyə və onun tərifini verməyə cəhd etmişdir. 
    
 Ekologiya  sözü  yunan  mənşəli  olmaqla“oykos”-  ev,mənzil,“loqos”-elm,təlim 
deməkdir.    
E.Hekkel  ekologiyanı  geniş  mənada  mövcudluğumuzun  bütün  şəraitinin  də  daxil 
olduğu  ətraf  mühitlə  orqanizmlərin  münasibətlərindən  bəhs  edən  bir  elm  hesab 
etmişdir. 
            
 
    E.Hekkelə  görə  ekologiyanın  vəzifəsi  Ç.Darvinin  şərti  olaraq  “mövcudluq 
uğurunda  mübarizə”  adlandırdığı  mürəkkəb  qarşılıqlı  münasibətləri  tədqiq 
etməkdən ivarətdir. 
    Bir çox elmlər kimi ekologiya da uzun bir inkişaf  tarixinə malikdir və bu inkişaf 
davam etməkdədir.  
    Bitki  və  heyvanların  həyat  tərzi,xarici  şəraitdən  asılılığı,səpələnməsi  haqqında 
biliklərin  toplanması  çox  qədimdən  başlanmışdır.Bu  məlumatların  ümumiləş-
dirilməsi  cəhdinə  antik  dövr  filosoflarının  əsərlərində  belə,  rast  gəlinir.Aristotel  
500-dən  artıq  heyvan  növünün  həyat  tərzini  şərh  etmişdir.Aristotelin  tələbəsi 
“botanikanın  atası”Teofras  Ereziyski  (b.e.ə.371-280  il)  torpaq  və  iqlimdən  asılı 
olaraq bitkilərin müxtə-lifliyini şərh etmişdir. 
 Orta  əsrlərdə  dinin  hökmranlığı  nəticəsində  təbiətin  öyrənilməsinə  maraq 
zəifləmişdir.Sonrakı 
dövrlərdə  bir  sıra  coğrafi  kəşflər,yeni  ölkələrin 
müstəmləkələşdirilməsi  bitki  və  heyvanların  sistemləşdirilməsinə  güclü  təkan 
vermişdir. 
    Ekologiyanın inkişaf tarixində üç mərhələni ayırmaq olar.
 
 

Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin