İnsan cəmiyyətinin inkişafı təbiətlə qarşılıqlı təmasda olmadan mümkün deyil



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə14/109
tarix08.04.2022
ölçüsü1,69 Mb.
#54989
1   ...   10   11   12   13   14   15   16   17   ...   109
umumi ekologiya

QAZ 
HƏCMCƏ 
MİQDARI,% 
CƏKİYƏ GORƏ 
MİQDARI,% 
Azot (N
2

78,084 
75,50 
Oksigen(O
2

20,946 
23,15 
Arqon (Ar) 
0,932 
1,286 
Karbon qazı (CO
2

0,032 
0,046 


22 
 
Neon (Ne) 
1,818×10
-3 
1,3×10
-3
 
Helium (He) 
4,6x10
-4 
7,2x10
-5 
Metan (CH
4

1,7x10
-4 
8,4x10
-5 
Kripiton(Kr) 
1,14x10
-4 
3x10
-4 
Hidrogen 
5x10
-5
 
8x10
-5
 
Su (H2O 
5x10
-5 
8x10
-5 
Ksenon 
8,6x10
-6 
4x10
-5 
Ozon 
3x10
-7
...3x10
-6 
5x10
-7
...5x10
-6 
 
 
 
    Cədvəl2.1-də  göstərilən  qaz  tərkibi  təxminən  20...25km  yüksəkliyə  qədər 
saxlanılır.  
       Atmosferin kütləsi 1mln.dəfə litosferin,250 dəfə isə hidrosferin kütləsindən az-
dır.Atmosfer  kütləsinin  50%-i  onun  yer  səthindən  5km  yüksəkdə  olan  qatında,            
75%-i 10km-lik və 90%-i  16km-lik qatlarında cəmlənmişdir. 
        Temperatur  dəyişməsinin  xarakterinə  görə  atmosfer  bir  neçə  hissəyə  -
troposfer,stratosfer,mezosfer  və  ekzosferə-bölünür.Bu  sferalar  bir-birindən  keçid 
qatları ilə  ayrılır ki,onlar da   özündən  əvvəl  gələn sferanın  adına  uyğun pauzalar 
adlanır(tropo-,strato-,mezo-və termopauza) (Şəkil2.3) 
    Troposfer-atmosfer kütləsininn 80%-dən çoxunun və  atmosferdə olan su buxa-
rının 90%-ə qədərinin cəmləşdiyi aşağı qatdır.Troposferin yuxarı sərhəddi ekvator-
da 17km,qütblərdə 8-10km,mülayim en dairələrində isə 10-12km yüksəkliyə çatır. 
Troposferin yuxarı sərhəddi temperatur dəyişməsindən asılı olaraq qişda Yer səthi- 
nə yaxınlaşır,yayda isə uzaqlaşır.Troposfer əsasən Günəşin qızdırdığı Yer səthin-
dən əks olunan şüalanma hesabına isinir.Ona görə də,yer səthindən yüksəklik art-
dıqca troposferin temperaturu  orta hesabla 0,6
0
S/100m şaquli qradiyentlə  aşağı 
düşür.Troposfer üçün daim havanın qarışması,hərəkətliliyi(turbulentlik, konveksi-                                                           
ya) səciyyəvidir.Buludlar və yağıntılar, siklonlar və antisiklonlar burada əmələ gə-
lir. 
    Tropopauza  troposferin  stratosferə  keçid  layıdır.  Ekvatordan  qütblərə  doğru 
getdikcə  tropopauza  enməyə  başlayır.Tropopauzanın  temperaturu və hündürlüyü 
coğrafi enlikdən çox asılıdır.                                                                                                                
    Stratosfer  havanın  əhəmiyyətli  dərəcədə  boşalması,su  buxarının  yoxluğu, 
ozonun (maksimal qatılığı 20...25km yüksəklikdə olan ozon qatı) mövcudluğu ilə 
səciyyələnir. 
Stratosfer hava kütləsinin 5%-ni özündə cəmləşdirməklə,50...
 
60km yüksəkliyə qə-
dər uzanır. 
 
Stratosferin aşağı sərhəddində ekvator üzərində havanın temperaturu -55
0
S,  
qütblərin üzərində isə bir qədər yüksək olur.Yüksəklik artıqca stratosferin tempera- 


23 
 
turu yüksəlir və stratopauzada 0
0
S-dən  +10
0
S-yə çatır.Ekvator və qütblərdə tempe- 
 ratur fərqli olduğu üçün stratosferdə havanın yerdəyişməsi baş verir. 
    Mezosfer 60...80km yüksəklikdə yerləşir.Bu qat havanın daha da boşalması və  
yüksəklikdən  asılı  olaraq  temperaturun  kəskin  dəyişməsi  ilə  səciyyələnir.Belə 
ki,mezosferin aşağı sərhəddində temperatur 0
0
S,yuxarı sərhəddində isə -75
0
S-dir. 
Burada  hava  axınının  sürətinin  çox  böyük  (50km/saat-dan  bir  neçə  yüz  km/saata 
qədər) olması müşahidə olunur. 
    Mezopauza mezosferdən termosferə keçid qatıdır. 
 
    Termosferin aşağı sərhəddi yer səthindən 100km yüksəklikdən başlayır və yuxa-
rı  sərhəddi 1000km yüksəkliyə qədər uzanır.Termosferin yuxarı sərhəddinə doğru  
temperatur  artır və 100km yüksəklikdə 0
0
S-dən keçərək 150km-də 200...240
0
S, 
200km-də 500
0
S, 600km-də 1500
0
S-yə çatır.                                                                                
    Termosferdə qazlar kəskin ionlaşdığı üçün onu ionosfer də adlandırırlar.İonlaş-
ma elektrik keçiriciliyinə səbəb olduğuna görə termosferdə güclü elektrik cərəyanı 
axını baş verir.Günəşin təsirindən termosferdə qütb parıltısı yaranır ki,buna da sə-
bəb ionlaşmış qazların korpuskulyar günəş radiasiyası ilə bombarduman olunması-
dır. 
    Ekzosfer  Yer  atmosferinin  xarici  qatı  olmaqla,eyni  zamanda  səpələnmə  qatı  da 
adlandırılır.Ekzosfer 2000-3000km yüksəkliyə qədər uzanır.Burada qazların sürət-
inin böhran həddinə(11,2km/san.)çatması onların planetlərarası fəzada səpələnmə-
sinə səbəb olur.Bu isə ilk növbədə hidrogenə aiddir ki,onun da miqdarı ekzosferdə 
daha yüksəkdir.Yerin cazibə qüvvəsini dəf edən hidrogen Yerin “tacı”-nı əmələ gə-
tirir və 2000km yüksəkliyə qədər davam edir. 
 Atmosfer özünəməxsus fiziki,fizioloji və digər xassələrə malikdir(Cədvəl 2.2).    
 
       Atmosferin fiziki xassələri                                                      Cədvəl2.2 

Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin