Birinci dövri amillərə Yerin fırlanması ilə bağlı olan təzahürlər (ilin fəsillərinin
dəyişməsi,gecə və gündüzün növbələşməsi və s.) aid edilir.Bu amillər Yerdə canlı-
lar meydana gələnə qədər də təsir göstərmişlər və əmələ gələn canlılar bunlara uy-
ğunlaşmalıdırlar.
İkinci dövri amillər birinci dövri amillərin nəticəsi, törəməsidir (məsələn:
nəmlik, temperatur,yağıntılar və s.).
Dövri olmayan amillərə düzgün dövriliyə malik olmayan amillərdir (torpaq-
süxur amilləri,təbii fəlakətlər və s.).
Ekoloji amilləri əsasən iki qrupa bölürlər:
1.abiotik-cansız təbiət amilləri; 2.botik-canlı təbiət (antropogen amillər də daxil olmaqla).
İstənilən canlı orqanizmin normal həyat tərzi üçün ona lazım bütün amillər top-
lusunun optimal rejimi və miqdqrı zəruridir.
Abiotik amillər
32
Abiotik amillər canlı orqanizmə birbaşa və ya dolayısı ilə təsir göstərən cansız
təbiət təzahürləri olmaqla iqlim,torpaq-süxur və su mühiti amillərinə bölünürlər.