33
3.Atmosferin nəmliyi onun tərkibindəki su buxarının miqdarı ilə müəyyən edi-
lir.Yer atmosferində 12000...13000km
3
su buxarı vardır ki,bunun da təxminən
50%-i onun aşağı qatlarında (1,5...2,0km yüksəklikdə) cəmlənmişdir.Su buxarı at-
moserə Yer səthindən buxarlanma və bitkilərin transpirasiyası nəticəsində daxil
olur.Buxarlanma prosesi su molekullarının ilişmə qüvvəsinin dəf edərək su səthin-
dən ayrılması və atmosferə keçməsi ilə bağlıdır.Buxarlanma
səthinin temperaturu
artdıqca buxarlanmanın intensivliyi də artır.1m
3
havanın tərkibində olan su buxarı-
ın miqdarına mütləq nəmlik (q/m
3
) deyilir.Hər-hansı müəyyən temperaturda hava-
nın su buxarı ilə doyma
həddi var ki,buna da maksimal nəmlik deyilir.Mütləq nəm-
liyin maksimal nəmliyə olan nisbətinə nisbi nəmlik deyilir.
Adətən havada maksimal nəmilk olmur.Maksimal nəmliklə mütləq nəmlik ara-
sındakı fərq nəmlik qıtlığı adlandırılır.Nəmlik qıtlığı vacib ekoloji parametr
olmaq-
la iki kəmiyyəti-temperatur və nəmliyi-eyni zamanda səciyyələndirir.Nəmlik qıtlığı
yüksəldikcə quraqlıq da artır və əksinə.
4.Yağıntılar havanın nəmliyi ilə bağlı olmaqla kondensasiya
və sublimasiya pro-
sesləri nəticəsində baş verir.Kondensasiya su buxarının su damcısına
çevrilməsi
prosesidir.Bu proses atmosferdə 100%-ə yaxın nisbi nəmlik olduqda temperaturun
aşağı düşməsi zamanı baş verir.Su buxarının kondensasiyası üçün havada xırda
hissəciklərin olması vacibdir.Yaxınlığında xırda su damcıları (0,005...0,1mm dia-
metrli) əmələ gələn bu hissəciklərə kondensasiya “nüvəsi” deyilir.Bu xırda damcı-
lar birləşərək daha iri damcılar əmələ gətirir və buludlardan yağış şəklində yer sət-
hinə düşür.
Suyun buxar halından bərk hala keçməsi,yəni nəm havadan buz ayrılması prose-
si sublimasiya adlanır.Buludlarda sublimasiya prosesi baş verdikdə və bərk su kris-
talları Yer səthinə çatana qədər tam ərimədikdə bərk yağıntılar (dolu,qar)
şəklində
düşür.Buludlar günəş radiasiyasının bir hissəsini saxlayır
və Yerin istilik şüalan-
masının qarşısını alır.Buludlar küləklər vasitəsilə böyük məsafələrə yerdəyişmə
edə bilir(Şəkil....).
Dostları ilə paylaş: