39
Limitləyici (məhdudlaşdırıcı) amillər və ya Libixin minimum qanunu ekologiyanın
fundamental qanunlarından biridir. 1840-cı ildə üzvi kimyaçı,aqrokimyanın
banilərindən biri Y.Libix (1803-1873) bitkilərin mineral qidalanma
nəzəriyyəsini
irəli sürmüşdür.O,müəyyən etmişdir ki,bitkilərin inkişafı kifayət qədər olan
kimyəvi element və maddələrdən (amillərdən) başqa,eyni zamanda çatışmayan
element və maddələrdən də asılıdır. Öz tədqiqatları nəticəsində Libix “minimum”
qanununu
formalaşdırmışdır.Bu qanuna görə, optimal kəmiyyətindən daha çox
kənara çıxan amil orqanizm üçün daha əhəmiyyətlidir.Ona görə də,ekoloji şəraiti
proqnozlaşdırarkən və ya
ekspertiza həyata keçirilərkən,orqanizmin həyatındakı ən
zəif həlqəni müəyyən etmək çox əhəmiyyətlidir. Verilmiş konkret anda orqanizmin
yaşaması məhz minimal (və ya maksimal) səviyyədəki amildən asılıdır.Başqa
zaman kəsiyində digər amillər də məhdudlaşdırıcı ola bilər.Öz həyatı ərzində canlı
orqanizmlər onların həyat fəaliyyətinə təsir göstərən ən müxtəlif limitləyici
amillərə məruz qalır.Bu qanun kənd təsərrüfatı praktikasında daim nəzərə
alınır.Almaniyalı kimyaçı Yustus Libix müəyyən etdi ki,mədəni bitkilərin
məhsuldarlığı ilk növbədə torpaqda ən az miqdarda olan qidalandırıcı maddələrdən
(mineral elementlər) asılıdır.Məsələn,torpaqda fosforun miqdarı tələb olunan
miqdarın 20%-i qədər,kalsium isə normanın 50%-i qədər olarsa, fosfor çatışmazlığı
limitləyici amil olacaqdır.Bu halda torpağa ilk növbədə fosfor tərkibli gübrələr
verilməlidir. Suyun və ya azotun izafi miqdarda olması dəmir çatışmazlığını əvəz
etmir. Bu qanuna görə minimal miqdarda olan maddələri artırmaq
lazımdır.Məsələn,məlumdur ki,insanın sağlamlığı orqanizmdə çox cüzi olan səciy-
yəvi maddələrlə müəyyən olunur.Əgər bu maddələrin miqdarı minimum həddən az
olarsa,insan vitamin və ya mikroelementlər qəbul etməklə bu çatışmazlığı aradan
qaldırmalıdır.
Bu qanunun obrazlı ifadəsi məhz bu alimin adı ilə “Libix çəlləyi”
adlandırılmışdır. Bu modelin mahiyyəti ondanibarətdir ki,çəlləyi su ilə doldurarkən
su ən qısa lövhənin üzərindən daşmağa başlayır və digər lövhələrin uzunluöu
burada heç bir əhəmiyyət daşımır(Şəkil....).
Dostları ilə paylaş: