İnsan cəmiyyətinin inkişafı təbiətlə qarşılıqlı təmasda olmadan mümkün deyil


lərin ekoloji taxçasının saxlanması tədbirləri sisteminə daxildir



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə40/109
tarix08.04.2022
ölçüsü1,69 Mb.
#54989
1   ...   36   37   38   39   40   41   42   43   ...   109
umumi ekologiya

lərin ekoloji taxçasının saxlanması tədbirləri sisteminə daxildir. 
 
                 4.3. Canlı orqanizmlərin adaptasiyası və onun formaları 
 
    Adaptasiya  (lat.adapto-“uyğunlaşıram”)-orqanizmlər  (fərd,populyasiya,növ)  və 
onların  orqanlarının  quruluş  və  funksiyalarının  mühit  şəraitinə  uyğunlaşmasıdır. 
Bununla  belə,adaptasiya  müəyyən  bir    tarixi  uyğunlaşma  prosesinin-  
adaptasiogenezin  nəticəsidir.Canlı  təbiətdə  adaptasiya  təzahürünün  olması 
bioloqlara  XVIII  əsrdə  məlum  idi.Ç.Darvin  (1859)  müəyyən  etdi  ki,canlı 
formaların  (ilk  növbədə  növlərin)  təkamülü    onların  mühitə  uyğunlaşma 
təkamülündən keçir.Məhz,bu vaxtdan etibarən biologiyada belə bir nəticə bərqərar 
oldu  ki,adaptasiya  orqanizmə  qabaqcadan    verilən  daxili  bir  xassə  deyil,üzvi 
təkamülün üç əsas amilinin-dəyişkənlik,irsiyyət və təbii seçmənin təsiri altında hər 
zaman meydana gəlir və inkişaf edir.  Adaptasiya  istənilən orqanizmin yaşamasını 
təmin edir,onun artib-törəmə əmsalını yüksəldir və ölüm əmsalını azaldır. 
Hər  bir  canlı  orqanizmlər  qrupu  çərçivəsində  adaptasiyanı  daha  ətraflı  tədqiq 
etmək olar.Məsələn,məməli heyvanları məskunlaşma mühitinə görə (yerüstü forma 


47 
 
və ya xtonobiontlar,torpaqda yaşayan forma və ya edafobiontlar,ağaclarda yaşayan 
və  ya  dendrobiontlar,sudayaşayan  və  ya  hidrobiontlar,uçan  formalar  və  ya 
aviabiontlar və s.);qidalanma üsuluna görə(dənyeyənlər,ot yeyənlər,yırtıcılar və s.); 
hərəkət üsuluna görə (qaçanlar,sıçrayanlar,sürünənlər və s) və s..  
    Məskunlaşma  çəraiti  dəyişərkən  adaptasiya  öz  uyğunlaşdırıcı  xassəsini  itirə 
bilər. 
Orqanizmin təkamül prosesində qazanılmış və irsən möhkəmlənmiş xüsusiyyətləri 
adaptasiya adlanır.İnsan fəaliyyəti nəticəsinndə daha çox dəyişkənliyə məruz qalan 
amillərə uyğunlaşmanın bəzi formalarını nəzərdən keçirək. 

Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin