İnsan cəmiyyətinin inkişafı təbiətlə qarşılıqlı təmasda olmadan mümkün deyil


MÖVZU 5: Poulyasiya, onun struktur və dinaikası



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə43/109
tarix08.04.2022
ölçüsü1,69 Mb.
#54989
1   ...   39   40   41   42   43   44   45   46   ...   109
umumi ekologiya

                   MÖVZU 5: Poulyasiya, onun struktur və dinaikası 
 
    Təbiətdə heç bir canlı orqanizm təklikdə deyil,yalnız müəyyən qruplaşmalar  


48 
 
(cəmiyyələr) şəklində  mövcuddur,ki ekologiyada bu cür qruplaşmalara populyasi-
ya deyilir.Populyasiya sözü latın mənşəli olub,”populyus”-xalq,əhali deməkdir.De-
məli,populyasiya müəyyən ərazi tutan və eyni növə mənsub əhali mənasını daşıyır. 
Fərdlər qrupları arasında dəqiq sərhədlərin olmaması üzündən populyasiya anlayı-
şına dəqiq tərif vermək olduqca çətindir.Məsələn,N.P.Naumov (1963) coğrafi po-
pulyasiya  anlayışı  ilə  kifayətlənmişdir.Yəni,bircinsli  mövcudluq  şəraitinə  malik 
əraziləri tutan fərdlər qrupunu populyasiya adlandırmışdır. 
    Ümumi şəkildə isə populyasiya anlayışına belə tərif vermək olar:Müəyyən ərazi 
tutan,daxilndə bu və ya digər səviyyədə genetik mübadilə gedən,eyni növə mənsub 
fərdlərin məcmusuna populyasiya deyilir. 
    Populyasiyanın  üzvləri  bir-birinə  mühitin  fiziki  amilləri  və  onlarla  birgə  məs-
kunlaşmış  digər  növlərdən  az  təsir  göstərmirlər.Populyasiyalarda  növlərarası  tə-
sirlərə xas olan bütün əlaqə formaları (qarşılıqlı sərfəli və ya rəqabət) özünü biruzə 
verir.Növdaxili əlaqələrə əsasən ayrı-ayrı cinslərə məxsus fərdlərin artıb-törəmə ilə 
bağlı münasibətləri səciyyəvidir.Cinsi əlaqə vasitəsilə çoxalma zamanı genetik mü-
badilə populyasiyanın nisbətən sabit bir sistem kimi qalmasına səbəb olur.Vegeta-
tiv və ya digər yallarla çoxalma üstünlük təşkil etdikdə genetik əlaqələr zəifləyir və 
populyasiya “meyletmələr” (kənara çıxmalar) sisteminə və ya mühitdən birgə isti-
fadə edən ayrı-ayrı “xətlərə” çevrilir.Bir çox növlərin populyasiyaları öz miqdarını 
nizamlama xassəsinə malikdir. 
    Verilmiş şəraitdə populyasiyanın öz miqdarını (fərdlərin syını) optimal saxlama-
sına populyasiyanın homeostazı deyilir. 
    Populyasiya onun fərdlərinə xas olmayan bir sıra parametrlərlə (xassələrlə) 
səciyyələndirilir: 
1.Miqdar-verilmiş ərazidə fərdlərin ümumi sayı.     
2.Populyasiyanın sıxlığı-populyasiyanın məskunlaşdığı sahə və ya həcm vahidinə 
düşən fərdlərin sayı. 
3.Doğuş-törəmə nəticəsində vahid zamanda yeni əmələ gələn fərdlərin orta sayı. 
4.Ölüm-müəyyən zaman kəsiyində məhv olmuş fərdlərin sayı. 
5.Populyasiyanın artımı-doğumla ölüm arasındakı fərq (bu göstərici mənfi,müsbət 
və ya sıfıra bərabər ola bilər). 
6.Artım sürəti-vahid zamandakı orta sürət. 
    Hər  bir  populyasiya  müəyyən  sturuktura  malikdir:yaş(müxtəlif  yaşlı  fərdlərin 
sayının  nisbəti),seksual(ayrı-ayrı  cinslərdən  olan  fərdlərin  sayının  nisbəti),fəza-
məkan(ailə,sürü,ilxı və s.),morfoloji,fiziooji və s..Bu isə bir tərəfdən növün ümumi             
bioloji xüsusiyyətləri əsasında,digər tərəfdən isə mühitin abiotik amillərinin və 


49 
 
başqa  növlərin  populyasiyalarının  təsiri  altında  formalaşır.Məskunlaşma  yerinin 
ekoloji  şəraitindən  asılı  olaraq  eyni  növün  müxtəlif  populyasiyaları  oxşar  və  ya 
fərqli struktura malik ola bilər.Populyasiya sturukturunun əsas göstəricisi say (miq-
dar),orqanizmlərin  məkan  daxilində(fəzada)paylanması  və  müxtəlif  keyfiyyətli 
fərdlərin 
nisbətidir.Hər 
bir 
fərd 
müəyyən 
ölçülərə,cinsiyyətə,morfoloji 
fərqlərə,davranışfərqinə,mühit  amillərinin  dəyişməsinə  uyğunlaşma  və  s.xüsusiy-
yətlərə malikdir.Populyasiyada bu göstəricilərin dəyişməsi onun sturukturunun də-
yişməsinə səbəb olur,yəni populyaiyanın sturukturu sabit deyil.Orqanizmlərin yet-
kinləşməsi  və  inkişafı,yeni  fərdlərin  doğulması,müxtəlif  səbəblərdən  ölümlər,düş-
mənlərin sayının artması və ya azalması və s.populyasiya daxilində müəyyən nis-
bətlərin dəyişməsinə gətirib çıxarır. 
    Eyni  populyasiyanın  üzvlərinin  qarşılıqlı  münasibətləri  sisteminə  populyasiya-
nın ekoloji sturukturu deyilir. 
    Nəzəri  olaraq  istənilən  populya-
siya  heç  bir  xarici  mühit  amili  ilə 
məhdudlaşdırılmamış şəraitdə miq-
daqrını  sonsuzluğa  qədər  artıra  bi-
lər.Bu  cür  artım  eksponensial  qa-
nunla  səciyyələndirilir(Şəkil  5.1). 
Belə  hipotetik  halda  populyasiya-
nın miqdarının artması yalnız növə 
xas  olan  biotik  potensialdan  asılı 
olacaqdır.Biotik potensial anlayışı-
nı  ekolgiyaya  1988-ci  ildə  R.Çep-
men  daxil  etmişdir.Bu  göstərici 
zaman  vahidində  (məsələn,ildə  və 
ya  bütün  həyatı  ərzində)  nəzəri  maksimal  nəslin  alınmasını  səciyyələndirir.Biotik 
potensial    Δt  zaman  kəsiyində  bir  fərdə 
düşən  maksimal 
Δ
  N  artımı  ilə  hesablanan 
əmsalla  (r)  ifadə  olunur.Əgər,populyasiya 
N
0
 başlanğıc saya malikdirsə: 
 
                
 
buradan:
 
                                                    

Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin