İnsan cəmiyyətinin inkişafı təbiətlə qarşılıqlı təmasda olmadan mümkün deyil


Ekoloji sistemlərdə enerji və onun məhsuldarlığı



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə51/109
tarix08.04.2022
ölçüsü1,69 Mb.
#54989
1   ...   47   48   49   50   51   52   53   54   ...   109
umumi ekologiya

 
                   Ekoloji sistemlərdə enerji və onun məhsuldarlığı 
    Yerdə ilkin üzvi maddə əsasən yaşıl bitkilər vasitəsilə günəş enerjisinin təsirin-
dən fotosintez prosesində yaranır.Bu proses enerjinin udulması ilə müşayət oludu-
ğu  üçün  endoergik  proses  adlanır.Termodinamikanın  ikinci  qanununa  görə,bütün 
enerji növləri sonda istslik formasına çevrilir və səpələnir.Bir sıra kimyəvi reaksi-
yalar enerjinin ayrılması və səpələnməsi ilə baş verir.Fotosintez reaksiyası isə ter-
modinamik  qradiyentin  əksinə  olaraq  fotonların  enerjisinin  kimyəvi  rabitə  enerji-
sinə çevirməklə üzvi maddə enerjisinin toplanması prosesidir. 
      Məlumdur ki,bitkilər yaşıl yarpaqlara malikdir.Yaşıl yarpaqlar milyonlarla hü-
ceyrələrdən  ibarətdir.Hüceyrənin  tərkibində  isə  xloraplastlar  mövcuddur.Xloro-
plastlar  isə  xlorofil  molekullarından  təşkil  olunmuşdur.Günəş  işığının  fotonu  xlo-
rofil  molekulu  ilə  qarşılıqlı  təsirdə  olur  və  nəticədə  onun  atomundan  bir  elektron 
sərbəstləşir.Sərbəst elektron xloroplastın daxilində hərəkət edərək adinazindifosfat 
(ADF) molekulu ilə toqquşur və nəticədə ADF molekulu kifayət qədər əlavə enerji 
alaraq  enerji  daşıyıcısı  olan  adinazintrifosfat  (ATF)  molekuluna  çevrilir.Hərəkətə 
gətirilmiş ATF molekulu su və karbon qazının mövcud olduğu hüceyrədə şəkər və 
oksigen  molekulu  alınmasına  səbəb  olur.Bu  zaman  ATF  molekulu  öz  enerjisinin 
bir hissəsini itirərək yenidən ADF molekuluna çevrilir.Bu fotosintez prosesinin sa-
dələşdirilmiş  izahıdır.Burada  digər  mürəkkəb  biokimyəvi  aralıq  prosesləri  də  baş 
verir ki,biz bunlar üzərində dayanmırıq. 
    Beləliklə,bitkilər  atmosfer  havasından  fasiləsiz  olaraq  külli  miqdarda  karbon-2 
oksidi udaraq oksigen ayırır.Atmosferdə sərbəst oksigenin olması ,onun qaz tərki-
binin və müəyyən qaz balansının saxlanması fotosintez prosesinin nəticəsidir. 
    Bitkilərin  fotosintez  nəticəsində  yaratdıqları  illik  enerji  ehtiyatının  miqdarı 
20,9x10
22
kC qiymətləndirilir.Bundan başqa,üzvi maddənin sintezi bakteriyalar va-
sitəsilə də həyata keçirilir.Hesab edilir ki,bakteriyaların fotosintez prosesi Yerdə il-
kin proses olmaqla avtotrofluğun birinci mərhələsidir. 

Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin