Karbonun dövranı.Bütün digər elementlər kimi karbonun (C) da dövranı böyük
və kiçik tsikllərlə baş verir.Karbonun biotik dövranı böyük dövranın tərkib hissəsi
olmaqla,orqanizmlərin həyat fəaliyyəti ilə bağlıdır. Atmsferdə CO
2
şəklində
(23.5x10
11
t) olan karbon bitkilərin fotosintezi üçün “ xammal “ olmaqla üzvi
maddənin yaranmasında iştirak edir və sonradan bitki maddəsi ilə birlikdə müxtəlif
trofik səviyyələrdə konsumentlər tərəfindən mənimsənilir. Bitki, heyvan və
redusentlərin ( destruktorların ) tənəffüsü zamanı karbon CO
2
şəklində yenidən
atmosferə qaytarılır. Karbonun müəyyən hissəsi isə “ölü” üzvü maddədə toplanır
və sonradan faydalı qazıntı (mədən, yataq) halına çevrilir. Daş kömür, torf və.s.
keçmiş geoloji dövrlərin bitkilərinin fotosintezi nəticəsində yaradılmış üzvi
maddələrdir.
Yeraltı qatlarda yerləşən yanacaq növərini çıxararaq onları yandırmaqla insan
akumliyasiya olunmuş günəş enerjisini azad edir. Yanacağın yanması zamanı CO
2
şəklində karbon ayrılır. Bu zaman karbonun bioloji-texniki adlanan dövranı baş
verir.
Əsas karbon kütləsi okeanın dibindəki karbonat çöküntülərində (yataqlarında)
(1,3x10
16
t),kristal suxurlarda (1x10
16
t),daş kömür və neftdə (3,4x10
15
t)akum-
iliyasiya olunmuşdur (toplanmışdır).Məhz,bu karbon tədricən geoloji dövranda
iştirak edir.
Yerdə həyat və atmosferin qaz tərkibi isə bitki və heyvanların toxumalarında
olan (5x10
11
t),kiçik dövranda iştirak edən,nisbətən az miqdarda karbonun hesabına
saxlanılır
Biosferdə karbonun tam dövrü 300 il təşkil edir.Yəni,bütün karbon qazı bu
müddət ərzində canlı maddədən keçir.