İnsan cəmiyyətinin inkişafı təbiətlə qarşılıqlı təmasda olmadan mümkün deyil



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə55/109
tarix08.04.2022
ölçüsü1,69 Mb.
#54989
1   ...   51   52   53   54   55   56   57   58   ...   109
umumi ekologiya

Azotun  dövranı.  Atmosfer  havasının  80%-ə  qədərini  azot  təşkil  edir.Onun  bir 
hissəsi qeyri-üzvi birləşmələr şəklində torpaqda və suda (nitritlər,nitratlar və s.),bir 
hissəsi  isə  üzvi  birləşmələr  şəklində  bitki  və  heyvan  mənşəli  zülalların  və  amin 
turşularının tərkibindədir. 
    Azotun  böyük  dövranı  atmosfer  və  qurunu  əhatə  etməklə  kiçik  dövranların 
məcmusundan 
ibarətdir.Azot 
dövranının 
mahiyyəti 
ondan 
ibarətdir 
ki,orqanizmlərin  cəsədləri  və  ya  qida  qalıqları  bakteriyaların  iştirakı  ilə 
amonyaklaşma  və  nitritləşmə  proseslərinə  məruz  qalır  və  ardıcıl  olaraq 
amonyak,nitrat  və  nitritlər  əmələ  gəlir.Nitrat  və  nitritlərin  bir  hissəsi  bitkilər 
tərəfindən  asimiliyasiya  olunur,bir  hissəsi  isə  azot  oksidi,azot  və  sərbəst  azota 
qədər  bərpa  (denitrifikasiya)  olunaraq  yenidən  atmosferə  qayıdır.Torpaqdakı 
sərbəst azot da  bitkilər tərəfindən mənimsənilə bilər.Lakin,bu proses bitki kökləri 


65 
 
vasitəsilə  deyil,  “vasitəçiliklə”  ,yəni  azotobakter  (azotmənimsəyən)  mənşəli 
bakteriyaların köməyi ilə baş verir. 
Azotun  ehtiyatı  təbiətdə  demək  olar  ki,  tükənməzdir.  Yer  səthinin  1  ha  səthi 
üzərindəki  hava sütununda 80 min  ton sərbəst azot var. Lakin, azot elementi inert 
olduğuna  görə  canlıların  əksər  hissəsi  molekulyar  azotdan    istifadə  edə  bilmir. 
Biosferdə əsas etibarilə azot dövranı  təkhüceyrəli canlıların fəaliyyəti  ilə bağlıdır.  
     Azot dövranının ümumi vaxtı 110 ildən artıq hesab olunur.  

Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin