İnsan cəmiyyətinin inkişafı təbiətlə qarşılıqlı təmasda olmadan mümkün deyil



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə50/109
tarix08.04.2022
ölçüsü1,69 Mb.
#54989
1   ...   46   47   48   49   50   51   52   53   ...   109
umumi ekologiya

       ATMOSFER 
        
(KLİMOTOP

 
   TORPAQ-SÜXUR        
(EDAFOTOP

BİTKİ ALƏMİ                 
(FİTOSENOZ)
 
HEYVANAT ALƏMİ    
(ZOOSENOZ)
 
BİOGEOSENOZ 
EKOTOp
P
 
MİKROORQANİZMLƏR   
(MİKROBOSENOZ
)
 
BİOSENOz
zZ
 
Şək......Biogeosenozun ouruluşunun sxemi 


55 
 
yət,ümumi)-qarşılıqlıəlaqədə olan və birgə məskunlaşmış orqanizmlərin məcmusu 
(Şəkil.....). 
    Biosenoz özündə heyvanları (zoosenoz),bitkiləri (fitosenoz) və mikroorqanizm-
ləri(mikrobosenoz) birləşdirir. 
    Ekotop isə iqlim (klimotop) və torpaq-süxur (edafot)amillərdən ibarətdir. 
    Ekosistem  və  biogeosenoz  mahiyyət  etibarı  ilə  yaxın  anlayışlar  olsalarda,sino-
nim deyillər.Əgər,ekosistem hər-hansı səviyyədə maddələr dövranını təmin edən                          
sistemləri ifadə edirsə,biogeosenoz  ərazi anlayışı olub,orqanizmlərlə əhatə olun- 
muş müəyyən sahəni,ərazini ifadə edir.  
    Məsələn,adi su damcısı,dibçəkdəki çiçək,pilotlu kosmik gəmi və s.ekosistem ola 
bilər.Lakin,bunlar  biogeosenoz  anlayışına  uyğun  gəlmir.Bir  ekosistemdə  bir  neçə 
biogeosenoz  ola  bilər.İstənilən biogeosenoz  ekosistemdir,lakin,bütün  ekosistemlər 
biogeosenoz hesab oluna bilməz.Ekosistem canlı və cansız komponentlərdən ibarət 
ölçüsüz,  dayanıqlı  bir  sistemdir.Biogeosenoz  isə  dəqiq  sərhəddi  olan  yerüstü  qu-
rumdur.”Ekosistem” anlayışı “biogeosenoza” nisbətən daha geniş anlayışdır.  
  Təbii ekoloji sistemlər (biogeosenozlar) uzun zaman (yüz və min illərlə) mövcud 
olmaqla  zaman  və  məkan  daxilində  müəyyən  nisbi  sabitliyə  malikdir.Sistemin 
sabitliyini saxlaması üçün orqanizmlər və mühit arasındakı maddə və enerji axını-
nın,maddələr mübadiləsi (asimliyasiya və dessimilyasiya) proseslərinin balanslaş-
ması  zəruridir.Aydındır  ki,heç  bir  sistem  mütləq  sabit  və  tarazlıqlı  olmur.Məsə-       
lən,dövri olaraq bir növün populyasiyasının miqdarı artır,digərininki isə azalır.Belə 
proseslər bu və ya digər dərəcədə düzgün dövriliyə malik olur və bötövlükdə siste-
mi tarazlıqdan (müvazinətdən) çıxarmır.        
    Ekosistemin hərəkətli-sabit tarazlıq vəziyyətinə homeostaz (“homo”-həmin,”sta-
zis”-vəziyyət,hal)  deyilir.Homeostaz  istənilən  ekoloji  sistemin  vacib  mövcudluq 
şərtlərindən olmaqla,bütün sistemlərdə eyni deyil. 
    Məsələn,təbii biogeosenozlarda homeostaz ətraf mühitdən fasiləsiz olaraq mad-
də və enerji daxil olması ilə saxlanılır.Həqiqətən,fotosintetik bitkilərə fasiləsiz ola-
raq günəş enerjisi və kimyəvi maddələr daxil olur.Assimliyasiya prosesi dessimli-
yasiya ilə,maddənin toplanması isə onun parçalanması ilə müşayət olunur. 
    İnsan  tərəfindən  yaradılmış  antropogen  ekosistemlərə  təbiətin  əksər  qanunları 
şamil edilsə də,təbii biogeosenozdan fərqli olaraq onlara açıq sistem kimi baxmaq 
olmaz.Antropogen  ekosistemlərdə  homeostazı  saxlamaq  üçün  insan  onu  idarə 
etməlidir.                                                                                                                                           
Təbii ekosistemlərin hərəkətli-sabit müvazinət halında olmasına baxmayaraq,onlar 
da  zaman  keçdikcə  ardıcıl,daimi,ləng  dəyişmələr  baş  verir.Bu  dəyişmələr  əsasən 
biota,yəni    biogeosenoza  daxil  olan  canlı  orqanizmlərə  aiddir.Bir  biosenozun 
ardıcıl şəkildə digərini əvəz etməsinə suksessiya (lat.”suksido”-təqib etmə,dalınca 


56 
 
getmə)  deyilir.Lakin,suksessiya  yalnız  biotların  dəyişməsi  deyil,bütün  abiotik 
amillər kompleksinin dəyişməsinin tam və dönməz prosesidir. 

Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin