İnsan cəmiyyətinin inkişafı təbiətlə qarşılıqlı təmasda olmadan mümkün deyil



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə47/109
tarix08.04.2022
ölçüsü1,69 Mb.
#54989
1   ...   43   44   45   46   47   48   49   50   ...   109
umumi ekologiya

Populyasiya anlayışı
 
«Рopulyasiya»  termini  latın  mənşəli  populus  sözündən  olub,xalq  deməkdir.Uzun 
müddət  (XVIII  əsrin  sonlarından  başlayarq)    müəyyən  ərazidə  məskunlaşmış 
istənilən  orqanizm  qruplaşmalarını  populyasiya  adlandırmışlar.1903-cü  ildə 
danimarkalı genetik Vilhelm Lyüdviq İohansen ilk dəfə genetik nöqteyi-nəzərdən 
qeyri-bircins orqanizmlər qrupunu populyasiya adlandırmışdır. 
Populyasiya (lat. populus-xalq)- eyni növə mənsub ,uzun müddət müəyyən ərazini 
tutan və çoxsaylı nəsillər ərzində özünü artırıb-törədən fərdlərin tarixən formalaş-
mış məcmusudur.Bioloji növbu və ya digər formada təcrid olunmuş  çoxlu sayda 
populyasiyadan  ibarət  olur  ki,bu  da  fərdlərin  sərbəst  cütləşməsini  (panmiksita) 
məhdudlaşdırır  və  ya  pozur.Populyasiya  adətən  arealın  təcridedici  maneələr 
olmayan,panmiksiyaya mane olan hissəsini tutur.Nəticədə,hər bir populyasiya ona 
xas  olan  təbii  şəraitlərin  məcmusunun  mövcud  olduğu  mühitə  uyğunlaşır.Bu 
uyğunlaşmanın  səciyyəvi  əlamətləri  nəsillərdən  nəsillərə  ötürülür.  Ətraf  mühitin 
müəyyən ekoloji şəraitinə uyğunlaşmış populyasiya ekotip adlandırılır.
 
    Nisbətən  yekcins  təbii  şəraitlər  kompleksinə  malik  fiziki-coğrafi  ərazidə 
məskunlaşmış  ekotiplər  «coğrafi  irq»  adlandırılır.Bu  cöğrafi  populyasiyaların 
fərdlərinin  həyat  təzahürlərinin  vahid  ritminə  morfoloji,fizioqrafik  və  s. 
uyğunlaşmaları  digər  təbii  şəraitdə  məskunlaşmış  qonşu  populyasiyaların 
fərdlərinin  uyğunlaşmalarından  fərqlənir.Coğrafi  irq  termininin  sinonimi  kimi 
əksər  hallarda  «yarımnöv»  (heyvan  və  bitki  sistematikasında  :bir-birinə 
yaxınlaşdıran  əlamətləri olan eyni növə mənsub fərdlərin məcmusu) anlayışından 
da istifadə olunur.Fəza-məkan daxilində populyasiya heç də həmişə təcrid olunmuş 
halda olmur.Belə ki,yarımnövlərin arealları kəsişə (üst-üstə düşə ) də bilər.Cöğrafi 
ekotiplər  daxilində  klimatipləri  də  ayrıla  bilər.İqlim  növün  irsən  möhkəmlənmiş 
xüsusiyyətləri 
ilə 
fərqlənən 
fərdlərinin 
məcmusunu 
formalaşdırır.İqlim 


52 
 
ekotiplərinin sərhədləri daxilində isə torpaq (edofik)ekotipləri-edofotipləri ayırmaq 
olar.Edofotiplər  torpaq  şəraitinin  təsiri  altında  yaranır.Müəyyən  biosenoz 
çərçivəsində bir qayda  olaraq    bir növünün  fərdlərinin  məcmusu  senopopulyasiya 
(yalnız  bu  biosenoza  uyğunlaşmış)  əmələ  gətirir.Bundan  başqa,ekosistemlərdə 
polisenotik  populyasiyalar  (bir  neçə  biosenoza  uyğunlaşmış),məsələn,sərbəst 
hərəkət edən heyvanlar da mövcuddur. 
    
Ekotipi vahid tam kimi səciyyələndirən ekologiya növü ( ekotipi)  əmələ gətirən  
fərdlərə  fəza-məkan  yerləşməsi  və  qarşılıqlı  münasibətləri  təhlil  və  qeydiyata 
məruz qalacaq statistik vahidlər kimi baxır.Populyasiyanin ekoloji xüsusiyyətlərinə 
onun  məskunlaşma  yeri  və  ekoloji  taxçası,fərdlərin  sayı  və  sıxlığı,fərdlər 
arasındakı 
populyasiyadaxili 
münasibətlər,biosenozda 
populyasiyalararası 
münasibətlər və s. aiddir.  
 
                 

Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin