İnsan cəmiyyətinin inkişafı təbiətlə qarşılıqlı təmasda olmadan mümkün deyil



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə29/109
tarix08.04.2022
ölçüsü1,69 Mb.
#54989
1   ...   25   26   27   28   29   30   31   32   ...   109
umumi ekologiya

                                 Su mühitinin abiotik amilləri 
    Su məskunlaşma mühiti kimi bir sıra özünəməxsus xassələrə(nisbətən yüksək 
sıxlıq,təzyiq dəyişkənliyi,oksigenin miqdarının nisbətən az olması,günəş enerjisini 
güclü udma və s.) malikdir.Su mühitinin ayrı-ayrı sahələri duzluluq rejiminə,üfiqi 


36 
 
axının sürətinə,asılı hissəciklərin miqdarı və s. göstəricilərə görə də fərqlənir.Su 
mühiti (okeanlar,dənizlər,göllər,çaylar və s.) canlı orqnizmlərlə olduqca zəngin-
dir.Bu canlı orqanizmlər ekologiyada hidrobiontlar adlandırılırlar. 
    Suyun sıxlığı hidrobiontların hərəkətlilik şəraitini və müxtəlif dərinliklərdə təz-
yiqi müəyyən edən amildir.4
o
S temperaturda distillə edilmiş suyun sıxlığı 1q/sm
3
-a 
bərabərdir.Tərkibində həll olunmuş duzlar olan təbii suların sıxlığı 1,35q/sm
3
-dan 
artıq da ola bilər.Sututarların dərinliyi artdıqca təzyiq hər 10 m-dən bir 
1x10
5
Pa(1atm.) artır.Kəskin təzyiq qradienti ilə bağlı hidrobiontlar quruda yaşayan 
orqanizmlərə nisbətən daha evribatdırlar.Bəzi canlı orqanizmlər bir neçə yüz at-
mosfer təzyiqində belə normal həyat tərzi keçirirlər.Lakin,okean və dəniz sakinlə-
rinin əksəriyyəti stenobat olmaqla,müəyyən dərinliklərə uyğunlaşmışdır.Suyun 
sıxlığı orqanizmlər üçün söykənəcək (istinad nöqtəsi,dayaq) rolunu oynayır. 
    Oksigenlə doymuş 1l sudaoksigen miqdarı 10ml-dən artıq olmur ki,bu da at-
mosferdəkindən 21 dəfə azdır.Ona görə də,hidrobiontların tənəffüs prosesi əhə-
miyyətli dərəcədə mürəkkəbdir.Oksigen suya fotosintetiklərin fəaliyyəti və hava-
dan diffuziya nəticəsində daxil olur.Temperatur və duzluluğun artması ilə suda ok-
sigenin konsentrasiyası (qatılığı) azalır. 
    Hidrqbiontların su balansının saxlanması özünımıxsus xüsusiyyətlərə malikdir. 
Yerüstü bitki və heyvanlar orqanizmlərində su qıtlığı yarandıqda sudan istifadə 
edirlər.Hidrobiontlar isə ətraf mühitdə ixafi miqdarda su olduğu şəraitdə orqanizm-
lərinin su balansını sabit saxlamalıdırlar.Əks halda,hüceyrələrdə izafi suyun olması 
onlarda osmos təzyiqinin dəyişməsinə və həyati funksiyaların pozulmasına səbəb 
olur.Hidrobiontların bədənində osmotik təzyiq isə,onları əhatə edən su mühitinin 
duzluluğundan asılıdır.Ona görə də,şirin suların sakinləri okeanlarda,dəniz və 
okeanların sakinləri isə şirin sularda mövcud ola bilmirlər.Əgər,su mühitinin 
duzluluğu dəyişməyə məruz qalmışdırsa,onda canlılar daha əlverişli şərait tapmaq 
üçün digər yerlərə hərəkət edirlər. 
    Sututarların temperatur rejimi quruya nisbətən daha sabitdir.Bu suyun fiziki xas-
sələri ilə bağlıdır.Suyun xüsusi istilik tutumunun yüksək olması nəticəsində sudan 
müəyyən miqdarda enerjinin ayrılması və ya daxil olması temperaturun kəskin də-
yişməsinə səbəb olmur.Sututarların səthindən suyun buxarlanması (bu zaman 
2263,8C/q enerji sərf olunur) aşağı qatların hədsiz qızmasının qarşısını alır. 
    Okeanların üst qatlarında temperatur dəyişməsinin amplitudası 10...15
0
S –dən, 
materik sularında 30...35
0
S-dən artıq olmur.Ekvatorial suların səthində illik tem-
peratur +26...+27
0
S,qütb sularında isə 0
0
S olur. 
 
     

Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin