İnsan cəmiyyətinin inkişafı təbiətlə qarşılıqlı təmasda olmadan mümkün deyil



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə19/109
tarix08.04.2022
ölçüsü1,69 Mb.
#54989
1   ...   15   16   17   18   19   20   21   22   ...   109
umumi ekologiya

-Ritmlilik canlı və cansız təbiətin sıx qarşılıqlı əlaqəsinin nəticələrindən biridir. 
Təbiətin hər yerində rəqsi (titrəyişli,tərəddüdlü) proseslər-okean qabarma-


30 
 
çəkilmələri,gecə və gündüzün növbələşməsi,ilin fəsillərinin növbələşməsi,dövri 
olaraq günəşin aktivliyinin artması,geoloji proseslərin dövriliyi və s. yayılmışdır. 
Ətraf mühitdəki bu dövri dəyişmələr canlı təbiətə və canlı orqanizmlərin fərdi 
(şəxsi) ritmlərinə əhəmiyyətli təsir göstərir. Canlı sistemlərdə ritmlilik fizioloji 
funksiyaların intensivliyinin müxtəlif dövriliklə (bir neçə saniyədən bir və ya yüz 
illərə qədər)dəyişməsində təzahür edir.Məsələn,insanın sutkalıq yuxu və gümrahlıq 
ritmi,bəzi məməlilərin (ayı,kirpi və s.) fəallıq və yuxuya getməsinin mövsümi ritmi 
və s.Ritmlilik orqanizmin funksiyalarının  ətraf mühitlə uzlaşmasını ,yəni,dövri 
olaraq dəyişən mövcudluq şəraitinə uyğunlaşmasını təmin edir.Məsələn, 
orqanizmin mövsimi və sutkalıq ritmləri mühitin geofiziki tsiklinə uyğunlaşma 
kimi  yaranmışdır.  
-Özünütənzimləmə (avtotənzimləmə)-fasiləsiz olaraq dəyişən ətraf mühit 
şəraitində məskunlaşmış orqanizmin öz kimyəvi tərkibinin daimiliyini və fizioloji 
proseslərin intensivliyini saxlamaq qabiliyyətidir.Bu zaman,hər -hansı qida 
maddəsi kifayət qədər daxil olmaması orqanizmin daxili resursları səfərbər 
edir,hər-hansı maddə izafi miqdarda olduqda isə onun sintezi dayandırılır. 
Məsələn,hüceyrədə universal enerji akkumuliyatoru r olan adinazintrifosfar (ATF)  
kimi fermentin çatışmazlığı onun sintezinə başlamaq üçün siqnal rolunu oynayır və 
ATF ehtiyatının yeri dolduqda isə onun sintezi dayandırılır;toxumada hüceyrənin 
miqdarının azalması (məsələn,zədələnmə zamanı) qalan hüceyrələrin sürətli 
çoxalmasına (artıb-törəməsinə) səbəb olur;hüceyrələrin miqdarının bərpası 
hüceyrələrin intensiv bölünməsinin dayandırılmasına siqnal verir.  
-Diskretlik (fasiləlilik).Yerdə həyat diskret formalarda təzahür edir.Yəni, 
orqanizm və ya bioloji sistem (növ,biogeosenoz və s.) təklənmiş və ya fəzada 
məhdudlanmış,lakin ,öz aralarında sıx əlaqə və qarşılıqlı fəaliyyətdə olan, 
funksional  bütövlük yaradan hissələrdən təşkil olunmuşdur.Məsələn,istənilən növ 
fərdlərdən,fərdlər orqanlardan,orqanlar isə ayrı-ayrı toxuma və hüceyrələrdən 
təşkil olunmuşdur .Orqanizmin quruluşunun diskretliyi onun struktur 
nizamlılığının əsasıdır.Bu isə,aşınmış struktur elementlərinin (molekul,ferment, 
hüceyrə və s.) onların yerinə yetirdikləri funksiyanı dayandırmadan yenisi ilə 
əvəzlənməsi yolu ilə daim özünübərpaya imkan yaradır. 
 

Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin