B. İnsan alveri
1. İnsan alverinə dair əvvəlki sazişlər
146. İnsan alverinin qarşısını almaq üçün ilk beynəlxalq sənəd olan Ağ kölələrin alverinin qarşısının alınması üzrə Beynəlxalq Saziş 1904-cü ildə qəbul edilmişdir. Bundan sonra 1910-cu ildə Ağ kölələrin alverinin qarşısının alınması üzrə Beynəlxalq Konvensiya qəbul edilmişdir. Sonralar, 1921-ci ildə Millətlər Liqası 1933-cü il tarixli Yetkinlik yaşına çatmış qadınların alverinin qarşısının alınması üzrə Beynəlxalq Konvensiya ilə təsdiq olunmuş Qadın və Uşaq alverinin qarşısının alınması üzrə Beynəlxalq Konvensiyanı qəbul etmişdir. İnsan alveri və digər şəxslərin fahişəliyinin istismarının qarşısının alınması üzrə 1949-cu il tarixli Konvensiyaya əsasən əvvəlki sənədlər Birləşmiş Millətlər Təşkilatının himayəsi altına keçmişdir.
Dostları ilə paylaş: |