2. Cinayət Məcəlləsi üzrə ümumi xarakterli cinayətlər
133. Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsi ilə müəyyən edilir ki, qətl törətmiş şəxslər azadlıqdan məhrum etmə cəzasına məhkum edilirlər.
134. Rusiya Cinayət Məcəlləsinin 125-ci maddəsinə əsasən, təhlükədə olan şəxsi qəsdən buraxıb getmə və ona yardım etməmə cərimə, icbari işlər, islahedici əmək və ya azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
135. 126 və 127-ci maddələr qaçırılma və qanunsuz yolla azadlıqdan məhrum etmə hallarına görə azadlıqdan məhrum etmə cəzası müəyyən edir.
3. İnsan alveri
136. 2003-cü ilin dekabrında Rusiya Cinayət Məcəlləsinin 127-ci maddəsinin 1-ci bəndinə aşağıdakı qaydada dəyişiklik edilmişdir:
“1. İnsan alveri insanın istismar məqsədilə satın alınması və ya cəlb edilməsi, aparılması, ötürülməsi, gizlədilməsi və ya qəbul edilməsi deməkdir... 5 il müddətinə qədər azadlıqdan məhrum etmə cəzası təyin olunur.
2. Eyni əməllərə aşağıdakı hallarda yol verildikdə:
a) iki və daha artıq şəxs ilə əlaqədar;
...
d) qurbanı Rusiya Federasiyasının dövlət sərhədindən kənara çıxardıqda və ya onu qanunsuz şəkildə xaricdə saxladıqda;
...
f) zor tətbiq edildikdə və ya zor tətbiq ediləcəyi barədə hədə-qorxu gəldikdə;
...
10 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunur.
3. Bu maddənin 1-ci və 2-ci bəndlərində nəzərdə tutulan hallar:
a. bilərəkdən qurbanın ölümü, səhhətinə ciddi xəsarət yetirilməsi və ya digər faciəvi sonluqla nəticələnərsə;
b. bir çox insanın həyat və sağlamlığı üçün hər hansı bir yolla təhlükə törədərsə;
c. mütəşəkkil qrup tərəfindən törədilərsə,
8 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilir.
Dostları ilə paylaş: |