İnsan hüquqlari üZRƏ avropa məHKƏMƏSİ Birinci bölmə Rantsev Kiprə və Rusiyaya qarşı



Yüklə 104,87 Kb.
səhifə15/80
tarix02.01.2022
ölçüsü104,87 Kb.
#1856
1   ...   11   12   13   14   15   16   17   18   ...   80
4. İnsan alveri

127. İnsan alveri haqqında qanunvericilik Kiprdə İnsan Alveri və Uşaqların Cinsi İstismarına Qarşı Mübarizə haqqında 2000-ci ildə qəbul olunmuş 3(1) saylı Qanunla ifadə olunur. Qanunun 3-cü maddəsinin 1-ci bəndinə əsasən, aşağıdakılar qadağandır:

“a. Gəlir məqsədilə yetkinlik yaşına çatmış şəxslərin aşağıdakı yollarla cinsi istismarı:

i. zorla, güc tətbiq edərək və ya hədə-qorxu gələrək; və ya

ii. dələduzluq yolu ilə; və ya

iii. hər hansı bir şəxsin təzyiqə və ya alçaldıcı rəftara boyun əyməkdən başqa tutarlı və ağlabatan seçiminin olmadığı dərəcədə ona qarşı səlahiyyətindən sui-istifadə etməklə və ya başqa cür təzyiq göstərməklə.

b. Yuxarıdakı (a) yarımbəndində istinad edilən hallarda gəlir əldə etmə və cinsi istismar məqsədləri üçün yetkinlik yaşına çatmış insanların alveri;

c. Yetkinlik yaşına çatmayanların cinsi istismarı və ya onlarla alçaldıcı rəftar edilməsi;

d. Cinsi istismar və ya alçaldıcı rəftar məqsədilə yetkinlik yaşına çatmayanların alveri.”

128. 6-cı maddədə deyilir ki, qurbanın razılığının olması insan alveri cinayəti üzrə məsuliyyətdən azad etmir.

129. 5-ci maddənin 1-ci bəndinə əsasən, yetkinlik yaşına çatmış insanların cinsi istismar məqsədilə alverində təqsirli bilinən şəxslər on ilə qədər azadlıqdan məhrum edilə və ya 10.000 Kipr funtu məbləğində cərimə edilə və ya barələrində hər iki cəza tədbiri birlikdə görülə bilər. Uşaq alveri hallarında potensial azadlıqdan məhrum etmə müddəti on beş il müddətinədək, cərimə məbləği isə 15.000 Kipr funtu məbləğinədək artırılır. 3-cü maddənin 2-ci bəndi müəyyən hallarla əlaqədar daha ağır cəzaları nəzərdə tutur:

“Bu maddənin məqsədləri üçün qurbanla qan qohumluğu və ya üçüncü dərəcəyədək qohumluq əlaqəsi və qurbanın qəyyum şəxs, müəllimlər, yataqxana administrasiyası, reabilitasiya evi, həbsxanalar və ya digər oxşar təşkilatlar daxil olmaqla, vəzifəsinə görə qurban üzərində təsirə və səlahiyyətə malik olan şəxslərlə və səlahiyyətindən sui-istifadə etmə və ya başqa cür məcburetmə formalarına imkan verən oxşar vəzifə və ya vəziyyətə malik digər şəxslərlə hər hansı bir əlaqəsinin olduğu hallar:

a. 1-ci maddənin (a) və (b) yarımbəndlərinin müddəalarına zidd hərəkət edən şəxs cinayət törədir və təqsirli bilindikdən sonra 15 il müddətinə azadlıqdan məhrum etməyə məhkum edilir;

b. 1-ci maddənin (c) və (d) yarımbəndlərinin müddəalarına zidd hərəkət edən şəxs cinayət törədir və təqsirli bilindikdən sonra 20 il müddətinə azadlıqdan məhrum etməyə məhkum edilir.

130. 7-ci maddə insan alverinin qurbanlarını yaşayış yeri, tibbi yardım və psixiatr köməyindən ibarət dəstək verərək qorumaq barədə Dövləti öhdəlikli edir.

131. 10 və 11-ci maddələrin müddəalarına əsasən, Nazirlər Şurası insan alverinin qurbanlarına məsləhət vermək və yönəltmək; istismarla əlaqədar şikayətlərini dinləmək və araşdırmaq; onları müalicə və təhlükəsiz yaşayış yeri ilə təmin etmək; cinayətkarları təqib etmək üçün lazımi addımları atmaq; qurbanların reabilitasiyası, yenidən işə düzəlməsi və ya vətənə qaytarılması istiqamətində tədbirlər görmək; və insan alverinə qarşı mübarizə üzrə qanunda aşkar edilən hər hansı ziddiyyətləri müəyyənləşdirmək üçün “qurbanlar üçün hami” təyin edə bilər. Haminin təyin edilməsinə baxınayaraq, Kipr Ombudsmanının 2003-cü il Hesabatı dövründə (baxın, yuxarıda 80 və 90-cı paraqraflar) onun rolu nəzəri olaraq qalmış və qurbanların müdafiəsini təmin etmək üçün heç bir proqram hazırlanmamışdır.




Yüklə 104,87 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin