İnsan hüquqlari üZRƏ avropa məHKƏMƏSİ Birinci bölmə Rantsev Kiprə və Rusiyaya qarşı


a. Müvafiq vaxtda mövcud olan prosedur



Yüklə 104,87 Kb.
səhifə12/80
tarix02.01.2022
ölçüsü104,87 Kb.
#1856
1   ...   8   9   10   11   12   13   14   15   ...   80
a. Müvafiq vaxtda mövcud olan prosedur

113. 2000-ci ildə Vətəndaşların Qeydiyyatı və Miqrasiya Departamenti “artist” terminini aşağıdakı kimi tərif etmişdir:

“Kabare, musiqi-rəqs və ya digər gecə əyləncə yerlərində çalışmaq üçün Kiprə gəlmək niyyətində olan və yaşı 18-ə çatmış hər hansı bir əcnəbi şəxs.”

114. Xarici Vətəndaşlar və İmmiqrasiya haqqında Qanunun 105-ci fəslinin 20-ci maddəsinə müvafiq olaraq, Nazirlər Şurası əcnəbilərin ölkəyə daxil olması tələblərini qaydaya salmaq, onların miqrasiyası və yerdəyişməsinin monitorinqi, icazələrə malik əcnəbi vətəndaşlarla əlaqədar zəmanətləri tənzimləmək və hər hansı müvafiq haqları müəyyən etmək barədə yurisdiksiyaya malikdir. Bu hüquqların mövcud olmasına baxmayaraq, Kiprə kabare artistləri qismində işləməyə gələnlər üçün ölkəyə daxil olma prosedurları Daxili İşlər Nazirliyinin qərarları və ya göstərişləri, immiqrasiya üzrə məsul şəxslər və Nazirliyin baş direktorları tərəfindən tənzimlənirdi.

115. 1987-ci ildə təqdim edilmiş prosedura müvafiq olaraq, ölkəyə daxil olma, müvəqqəti yaşamaq və Fəaliyyət göstərmək üçün olan icazələr, tərəflər arasında razılaşdırılmış şərtləri əks etdirən müqavilə və estrada artisti kimi fəaliyyət göstərəcək şəxsin pasportunun müvafiq səhifələrinin surətləri ilə birlikdə gələcək işəgötürənə (kabare sahibinə) və artistlərin agentinə təqdim olunmalı idi. Vətənə qayıtma ilə əlaqədar mümkün ola biləcək xərcləri ödəmək üçün artistlərin agentlərinin 10.000 Kipr funtu (CYP) (təqribən 17.000 Avro) məbləğində bank zəmanət məktubu təqdim etmələri tələb olunurdu. Kabare sahiblərinin məsuliyyət daşıdıqları vətənə qayıtma xərclərinin ödənilməsi üçün 2.500 Kipr funtu (CYP) (təqribən 4.200 Avro) məbləğində bank zəmanəti təqdim etmələri tələb olunurdu.

116. Bütün şərtlərin yerinə yetirildiyi təqdirdə, ölkəyə gəlmək və müvəqqəti yaşamaq üçün 5 gün ərzində etibarlı olan icazə alınırdı. Ölkəyə gəlməsindən sonra artistin AİDS (QİÇS) və digər yoluxucu və ya keçici xəstəliklərin olub-olmamasını müəyyən etmək üçün tibbi yoxlamadan keçməsi tələb olunurdu. Nəticələrin qənaətbəxş olduğu təqdirdə, üç ay ərzində müvəqqəti yaşamaq və işləmək üçün icazə verilirdi. Tək bir kabaredə işə götürülə biləcək estrada artistlərinin sayı məhdudlaşdırılmışdı.

117. Artistlərin kabareni müştərilərlə birlikdə tərk etməyə məcbur edilməmələri üçün artistlərin axşam saat 9-dan gecə saat 3-dək kabaredə qalmaları tələb olunurdu, baxmayaraq ki, onların çıxışı bəzən yalnız bir saat sürə bilərdi. Xəstəliyə görə işə çıxmama həkimin arayışı ilə təsdiqlənməli idi. Kabare sahiblərindən tələb olunurdu ki, estrada artistinin işləyə bilmədiyi və ya müqavilənin öhdəliklərini başqa yolla pozduğu hallar barədə İmmiqrasiya İdarəsinə məlumat versinlər. Belə məlumatın verilməməsi artistin vətənə qayıtma xərclərinin kabare sahibi tərəfindən verilmiş bank zəmanəti əsasında ödənilməsi ilə ölkədən çıxarılmasına səbəb ola bilərdi. Əgər artistin agenti fahişəlik kimi cinayətlərlə əlaqəli olmaqda təqsirli bilinərdisə, ona artistlərin ölkəyə gətirilməsinə dair icazə verilmirdi.


Yüklə 104,87 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin