İnsan hüquqlari üZRƏ avropa məHKƏMƏSİ Birinci bölmə Rantsev Kiprə və Rusiyaya qarşı


E. İnsan alveri halları üzrə hesabat, ABŞ Dövlət Departamenti, iyun 2008-ci il



Yüklə 104,87 Kb.
səhifə10/80
tarix02.01.2022
ölçüsü104,87 Kb.
#1856
1   ...   6   7   8   9   10   11   12   13   ...   80
E. İnsan alveri halları üzrə hesabat, ABŞ Dövlət Departamenti, iyun 2008-ci il

105. ABŞ Dövlət Departamenti insan alverinə dair 2008-ci il hesabatında qeyd edir ki: “Kipr cinsi istismar məqsədilə Filippin, Rusiya, Moldova, Macarıstan, Ukrayna, Yunanıstan, Vyetnam, Özbəkistan və Dominikan Respublikasından gətirilmiş çoxlu sayda qadın üçün təyinat ölkəsidir... İnsan alverinin qurbanı olmuş qadınların əksəriyyəti kabare industriyasında “estrada artisti” kimi çalışmaq məqsədilə üç ay müddətinə verilən icazələr və ya şəxsi mənzillərdə fəaliyyət göstərən massaj salonlarında işləmək üçün turist vizaları əsasında aldadılaraq Kiprə gətirilmişlər.”

106. Hesabatda qeyd edilir ki, Kipr əvvəlki ildən bəri insan alverinin sərt formalarına qarşı mübarizə istiqamətində göstərdiyi səyləri artırmasına dair tutarlı sübut gətirə bilməmişdir.

107. Hesabatda Kipr Hökumətinin nəzərinə aşağıdakı tövsiyələr çatdırılır:

“İnsan alverinə qarşı mübarizənin yaxşı məlum olan üsulu — estrada artisti kimi fəaliyyət göstərə bilmək üçün verilən iş icazələrinin ləğvi və ya əhəmiyyətli dərəcədə məhdudlaşdırılması; insan alverinin qurbanı olmuş şəxslər üçün nəzərdə tutulan sığınacaqda qurbanların müdafiəsi və onlara dəstək verilməsi üçün standart iş prosedurlarının yaradılması; insan alveri və kabare industriyası haqqında geniş yayılmış yanlış təsəvvürləri aradan qaldırmaq üçün xüsusi olaraq müştərilərin və geniş ictimai kütlənin diqqətinə yönəldilən tələbatın azaldılması kampaniyasının işlənib hazırlanması və başlanılması; insan alverinə qarşı mübarizə sahələrinə daha çox resurs ayrılması; və insan alveri ilə məşğul olanların təqsirli bilinməsi və müvafiq qaydada cəzalandırılmasını təmin etmək üçün insan alveri ilə bağlı ittiham prosedurlarının keyfiyyətinin yaxşılaşdırılması.


Yüklə 104,87 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin