İnsan hüquqlari üZRƏ avropa məHKƏMƏSİ Birinci bölmə Rantsev Kiprə və Rusiyaya qarşı



Yüklə 104,87 Kb.
səhifə80/80
tarix02.01.2022
ölçüsü104,87 Kb.
#1856
1   ...   72   73   74   75   76   77   78   79   80
C. Faiz dərəcəsi

349. Məhkəmə məqsədəmüvafiq hesab edir ki, faiz dərəcəsi üstünə üç faiz əlavə edilməli olan, Mərkəzi Avropa Bankının təqdim etdiyi dərəcənin son həddinə əsaslanmalıdır.



Bu səbəblərə görə, məhkəmə yekdilliklə

1. Şikayəti siyahıdan çıxarmaq barədə Kipr Hökumətinin etirazını rədd edir;

2. Konvensiyanın 4-cü maddəsinə aid Rusiya Hökumətinin ratione materiae etirazını işin mahiyyəti ilə birləşdirməyi qərara alır və bu etirazı rədd edir;

3. Konvensiyanın 2, 3, 4 və 5-ci maddələrinə əsasən şikayətləri məqbul və şikayətin qalan hissəsini qeyri-məqbul elan edir;

4. Kipr dövlət orqanları tərəfindən Konvensiyanın 2-ci maddəsinə əsasən xanım Rantsevanın yaşamaq hüququnu müdafiə etmək üzrə pozitiv öhdəliyin pozuntusunun baş verdiyini qərara alır;

5. Xanım Rantsevanın ölümü ilə bağlı səmərəli istintaq aparılmadığı üçün Kipr tərəfindən Konvensiyanın 2-ci maddəsinin prosessual pozuntusunun baş verdiyini qərara alır;

6. Rusiya tərəfindən Konvensiyanın 2-ci maddəsinin pozulduğunu qərara alır;

7. Ərizəçinin Konvensiyanın 3-cü maddəsi üzrə şikayətinin ayrıca araşdırılmasına zərurət olmadığını qərara alır;

8. Xanım Rantsevaya trafikinqdən və ekspluatasiyadan praktiki və səmərəli müdafiənin ümumi şəkildə təqdim olunmaması və onu müdafiə etmək üçün zəruri spesifik tədbirlərin görülməməsi ilə Kipr tərəfindən Konvensiyanın 4-cü maddəsinin pozulduğunu qərara alır;

9. Kipr dövlət orqanları tərəfindən səmərəli istintaqın davamlı həyata keçirilməməsinə aid Konvensiyanın 4-cü maddəsinin iddia olunan pozuntusunun ayrıca araşdırılmasının zəruri olmadığını qərara alır;

10. Xanım Rantsevanı trafikinqdən qorumaq üçün operativ tədbirlərin görülməsi üzrə Konvensiyanın 4-cü maddəsinə əsasən Rusiya tərəfindən özünün pozitiv öhdəliklərinin pozulmadığını qərara alır;

11. İddia olunan trafikinqin araşdırılması üçün özünün prosessual öhdəliklərinə Rusiya tərəfindən riayət olunmaması nəticəsində Konvensiyanın 4-cü maddəsinin pozulduğunu qərara alır;

12. Kipr tərəfindən Konvensiyanın 5-ci maddəsinin pozulduğunu qərara alır;

13. Qərara alır ki,

(a) Qərarın Konvensiyanın 44-cü maddəsinin 2-ci hissəsinə əsasən qəti olduğu gündən üç ay müddətində üstünə gələ bilən hər hansı vergi hesablanmaqla, mənəvi zərərə görə 40.000 EUR (qırx min avro), xərc və məsrəflərə görə isə 3.150 EUR (üç min yüz əlli avro) Kipr Hökuməti tərəfindən ərizəçiyə ödənilsin;

(b) Qərarın Konvensiyanın 44-cü maddəsinin 2-ci hissəsinə əsasən qəti olduğu gündən üç ay müddətində üstünə gələ bilən hər hansı vergi hesablanmaqla, həll olunma günündə tətbiq olunan dərəcədə Rusiya rubluna çevirməklə, mənəvi zərərə görə 2.000 EUR (iki min avro) Rusiya Hökuməti tərəfindən ərizəçiyə ödənilsin;

(c) Yuxarıda qeyd olunan üç ay bitdiyi vaxtdan həll olunma gününədək üç faiz əlavə olunmaqla, yuxarıdakı məbləğ üstünə Mərkəzi Avropa Bankının faiz dövründəki təqdim etdiyi dərəcənin son həddinə uyğun ödənilməlidir.

14. Ədalətli kompensasiyaya aid ərizəçinin qalan tələbini rədd edir.



İngilis dilində tərtib olunub və Məhkəmə Reqlamentinin 77-ci qaydasının 2 və 3-cü bəndlərinə müvafiq olaraq, qərar barədə məlumat yazılı şəkildə 07 yanvar 2010-cu ildə göndərilib.

Soren Nilsen

Xristos Rozakis

Katib

Sədr

 
Yüklə 104,87 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin