A. Tərəflərin dəlilləri
1. Ərizəçi
327. Ərizəçi demokratik cəmiyyətdə məhkəməyə müraciət hüququnun əhəmiyyətini vurğulamışdır. Belə hüquq nəzərdə tutur ki, şəxs hüquqlarına müdaxilə edən aktı mübahisələndirmək üçün aydın və praktiki imkana malik olsun. Ərizəçi göstərib ki, qızının ölümü ilə bağlı işə mahiyyəti üzrə baxılmamışdır. Daha sonra, o, istintaq prosesində onun səmərəli iştirakının və ona pulsuz hüquqi yardımın göstərilməsinin kipriot dövlət orqanları tərəfindən təmin edilməməsindən şikayət etmişdir. Müvafiq olaraq, o bildirib ki, Kipr dövlət orqanları Konvensiyanın 6-cı maddəsi ilə təmin olunmuş məhkəməyə müraciət hüququnu pozmuşdur.
Dostları ilə paylaş: |