VII. Konvensiyanın 6-cı maddəsinin iddia olunan pozuntusu
326. Ərizəçi iddia edib ki, istintaq prosesində iştirakını təmin etməməklə, ona pulsuz hüquqi yardımı təqdim etməməklə və Kiprdə əlçatan olan hüquqi vasitələr barədə məlumatları ona verməməklə, kipriot dövlət orqanları onun Konvensiyanın 6-cı maddəsi ilə təmin olunmuş məhkəməyə müraciət hüququnu pozmuşlar. Konvensiyanın 6-cı maddəsi müvafiq hissəsində aşağıdakıları nəzərdə tutur:
“Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən ... məhkəmə vasitəsilə, ... işinin ədalətli... araşdırılması hüququna malikdir.”
Dostları ilə paylaş: |