A. Tərəflərin dəlilləri
1. Ərizəçi
311. Ərizəçi bildirib ki, polis idarəsində qızının məruz qaldığı rəftar və M.A.-nın işçisinin mənzilində sonrakı həbsi Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndini pozmuşdur. O, qanunsuz həbsdən və hakimiyyətdən sui-istifadədən hər kəsin müdafiəsində Konvensiyanın 5-ci maddəsinin əhəmiyyətini vurğulamışdır. Xanım Rantseva Kipr Respublikasının ərazisində qanuni yaşamış və ərizəçi iddia edib ki, əsassız və qanunsuz olaraq M.A. tərəfindən tutulmuş, polis idarəsinə aparılmış, daha sonra M.A.-nın saxlamasına verilmiş və onun işçisinin mənzilində həbsdə saxlanılmışdır. O, daha sonra qeyd edib ki, əsasında xanım Rantsevanın həbs edildiyi və sonradan M.A.-ya təhvil verildiyini göstərən hər hansı sənəd kipriot dövlət orqanları tərəfindən təqdim edilməmişdir.
Dostları ilə paylaş: |