İnsan hüquqlari üZRƏ avropa məHKƏMƏSİ Birinci bölmə Rantsev Kiprə və Rusiyaya qarşı


ii. Qoruyucu tədbirlər görmək üzrə pozitiv öhdəlik



Yüklə 104,87 Kb.
səhifə64/80
tarix02.01.2022
ölçüsü104,87 Kb.
#1856
1   ...   60   61   62   63   64   65   66   67   ...   80
ii. Qoruyucu tədbirlər görmək üzrə pozitiv öhdəlik

304. Məhkəmə təkrar edir ki, operativ tədbirlər görmək barədə Rusiyaya aid olan hər hansı pozitiv öhdəlik yalnız onun ərazisində baş vermiş hərəkətlərdən yarana bilər (baxın, mutatis mutandis, yuxarıda qeyd olunmuş Al-Adsani, §§ 38-39).

305. Məhkəmə qeyd edir ki, gənc qadınların cinsi industriyada işləmək üçün xarici Dövlətlərə insan alveri üzrə köçürülməsi ilə bağlı ümumi problem haqqında Rusiya dövlət orqanlarının məlumatlı olduğu görünsə belə, heç bir sübut yoxdur ki, Kiprə getməsindən əvvəl xanım Rantsevanın real və birbaşa təhlükədə olması ilə bağlı etibarlı şübhəyə əsas verən hallar barədə onlar məlumatlı olmuşlar. Təcili operativ tədbirlər görmək öhdəliyinin yaranması üçün sadəcə olaraq artist vizaları əsasında Kiprə gedən gənc qadınlar üçün ümumi təhlükənin mövcud olmasını göstərmək kifayət deyil. Bu ümumi təhlükə ilə bağlı Məhkəmə təkrar edir ki, Rusiya dövlət orqanları vətəndaşları trafikinq təhlükələri barədə məlumatlandırmaq üçün addımlar atmışlar (baxın, yuxarıda 262-ci paraqraf).

306. Nəticədə, Məhkəmə hesab etmir ki, işin halları xanım Rantsevanı müdafiə etmək üçün operativ tədbirlər görmək üzrə Rusiya dövlət orqanlarına münasibətdə pozitiv öhdəliyin yaranmasına kifayət olmuşdur. Müvafiq olaraq, bu məsələ ilə bağlı Rusiya dövlət orqanları tərəfindən Konvensiyanın 4-cü maddəsi pozulmamışdır.




Yüklə 104,87 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin