iii. Trafikinqin istintaq edilməsi barədə prosessual öhdəlik
299. Digər məsələ qızının insan alverinə məruz qaldığı barədə ərizəçinin iddiaları ilə bağlı səmərəli istintaqın aparılması üzrə kipriot dövlət orqanlarının davamlı uğursuzluğu nəticəsində prosessual pozuntuya yol verilib-verilməməsindən ibarətdir.
300. Xanım Rantsevanın sonrakı ölümünün halları baxımından, Məhkəmə hesab edir ki, insan alveri iddiaları üzrə səmərəli istintaqın aparılması barədə kipriot dövlət orqanları üzərində olan tələb xanım Rantsevanın ölümü ilə bağlı səmərəli istintaqın aparılması üçün hazırkı işdə Konvensiyanın 2-ci maddəsinə əsasən yaranan ümumi öhdəliklə tamamlanır (baxın, yuxarıda 234-cü paraqraf). Onun ölümü ilə bağlı istintaqın səmərəliliyi məsələsi Konvensiyanın 2-ci maddəsi üzrə ərizəçinin şikayətinin Məhkəmə tərəfindən araşdırılması baxımından yuxarıda baxılmış və pozuntu müəyyən edilmişdir. Buna görə, Konvensiyanın 4-cü maddəsinə əsasən Kiprə qarşı prosessual şikayətə ayrıca baxılması tələb olunmur.
b. Rusiya
Dostları ilə paylaş: |