İnsan hüquqlari üZRƏ avropa məHKƏMƏSİ Birinci bölmə Rantsev Kiprə və Rusiyaya qarşı


iii. Potensial insan alverini istintaq etmək barədə pozitiv öhdəlik



Yüklə 104,87 Kb.
səhifə65/80
tarix02.01.2022
ölçüsü104,87 Kb.
#1856
1   ...   61   62   63   64   65   66   67   68   ...   80
iii. Potensial insan alverini istintaq etmək barədə pozitiv öhdəlik

307. Məhkəmə xatırladır ki, sərhədkeçmə insan alverini cəlb edən işlərdə insan alveri cinayətləri doğma ölkədə, eləcə də təyinat ölkəsində baş verə bilər (baxın, yuxarıda 289-cu paraqraf). Ombudsmanın öz hesabatında (baxın, yuxarıda 86-cı paraqraf) göstərdiyi kimi, Kipr məsələsində qurbanların seçilməsi digər ölkələrdəki agentlərlə işləyən Kiprdəki artistik agentlər tərəfindən həyata keçirilir. İddia olunan insan alverinin qurbanının seçilməsi aspektinin istintaq olunmaması insan alveri silsiləsinin əhəmiyyətli hissəsinin cəzasız hərəkətinə imkan verər. Bununla bağlı, Məhkəmə vurğulayır ki, həm Palermo Protokolunda, həm də İnsan alverinə qarşı Konvensiyada insan alverinin qəbul olunmuş anlayışı qurbanların seçilməsini açıq-aşkar daxil etdirir (baxın, yuxarıda 150 və 164-cü paraqraflar). Seçilməkdən başlayaraq istismara qədər insan alveri iddialarının bütün aspektlərini əhatə edən tam və səmərəli istintaqın zəruriliyi mübahisəsizdir. Buna görə, Rusiya dövlət orqanları bu mümkünlüyü istintaq etməli olmuşlar ki, Rusiyada fəaliyyət göstərən fərdi agentlər və ya şəbəkələr xanım Rantsevanı Kiprə insan alverinə cəlb etmişlər.

308. Lakin Məhkəmə qeyd edir ki, Rusiya dövlət orqanları xanım Rantsevanın necə və harada seçilməsi ilə bağlı istintaq aparmamışdır. Xüsusən, dövlət orqanları xanım Rantsevanın seçilməsinə və ya istifadə olunmuş seçim metodlarına aid olan şəxsləri müəyyən etmək üçün hər hansı addım atmamışdır. Seçilmənin Rusiyanın ərazisində baş verdiyini nəzərə alaraq, Rusiya dövlət orqanları xanım Rantsevanın seçilməsi ilə bağlı səmərəli istintaqın həyata keçirilməsi üçün ən yaxşı vəziyyətdədir. Xanım Rantsevanın sonrakı ölümü və onun Rusiyadan getməsi hallarını əhatə edən qeyri-müəyyənlik baxımından hazırkı işdə bu məsələ ilə bağlı istintaqın aparılmaması ən ciddi məqamdır.

309. Müvafiq olaraq, iddia olunan insan alverini istintaq etmək üçün Konvensiyanın 4-cü maddəsinə əsasən prosessual öhdəliyin Rusiya dövlət orqanları tərəfindən pozuntusu baş vermişdir.




Yüklə 104,87 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin