2. Kipr Hökuməti
328. Öz yazılı dəlillərində Kipr Hökuməti bildirib ki, Konvensiyanın 6-cı maddəsi istintaq prosesinə şamil olunmur, ona görə ki, mülki hüquq və vəzifələri müəyyən edən araşdırmanı təşkil etmir. Müvafiq olaraq, ərizəçi qızının ölümü ilə bağlı araşdırmalara müraciət hüququnun pozulmasını iddia edə bilməz.
329. Digər tərəfdən, istintaq prosesi Konvensiyanın 6-cı maddəsi ilə əhatə olunsa da, Kipr Hökuməti iddia edib ki, ərizəçinin məhkəməyə müraciət hüququ hazırkı işdə təmin olunmuşdur.
330. Sonrakı birtərəfli bəyanatında (baxın, yuxarıda 187-ci paraqraf) Kipr Hökuməti dövlət orqanları tərəfindən ərizəçi ilə məhkəmə arasında real və səmərəli əlaqənin yaradılmaması səbəbindən istintaqa və ərizəçiyə əlçatan olan hər hansı digər hüquqi vasitələrə aid ərizəçinin məhkəməyə səmərəli müraciət hüququnun pozulduğunu təsdiq etmişdir.
Dostları ilə paylaş: |