b. Digər müvafiq dəyişikliklər
118. 1986-cı ildə artistlərin fahişəliklə məşğul olması üzrə hesabatların təqdim edilməsindən sonra Polis rəisi Kiprə gəlmək istəyən artistlərin onlara viza verilməsi üçün uyğun olub-olmadıqlarını qiymətləndirmək barədə məsuliyyət daşıyan ad hoc komitənin yaradılması barədə təklif irəli sürdü. Lakin bu istiqamətdə heç bir iş görülmədi. Daha məhdud səlahiyyətə malik komitə yaradıldı, lakin vaxt keçdikcə tədricən zəiflədi.
119. 1987-ci ildə təqdim edilmiş prosedur əsasında ölkəyə giriş icazəsinin alınması üçün müraciət artist kimi ixtisaslı olmaq barədə təsdiqləyici sənədlə müşayiət edilməli idi. Bununla belə, bu addımın həyata keçirilməsi o dövrdəki Daxili İşlər Nazirliyinin Baş direktorunun göstərişlərinə əsasən 1987-ci ilin dekabrında dayandırıldı.
120. Artist agentlərinin, həmçinin kabare sahibi olduqları və ya kabareləri idarə etdikləri və ya artistlərinin yaşadıqları yaşayış yerlərinin sahibi olduqları faktı üzrə fikirləri əsas tutaraq, 1990-cı ildə Vətəndaşların Qeydiyyatı və İmmiqrasiya Departamenti bütün artist agentlərinə bildirdi ki, 30 iyun 1990-cı ildən etibarən kabare sahiblərinin həm də artist agentləri kimi fəaliyyət göstərmələrinə icazə verilməyəcək. Onlardan tələb edildi ki, bu iki peşədən hansına üstünlük verdikləri barədə lazımi orqanları məlumatlandırsınlar. Bundan əlavə, artist agentləri ilə əlaqədar bank zəmanətlərinin səviyyəsi 10.000 Kipr funtundan (CYP) 15.000 Kipr funtunadək (CYP), kabare sahibləri ilə əlaqədar isə 2.500-dən 10.000 Kipr funtuna (CYP) qədər artırıldı. Bununla belə, artist agentləri və kabare sahibləri tərəfindən edilən etirazlara görə bu tədbirlər heç vaxt həyata keçirilmədi. Baş verən yeganə dəyişiklik kabare sahiblərinin bank zəmanətinin səviyyəsinin 2.500 Kipr funtundan (CYP) 3.750 Kipr funtunadək (CYP) (təxminən 6.400 Avro) yüksəldilməsi oldu.
Dostları ilə paylaş: |