İnsan hüquqlari üZRƏ avropa məHKƏMƏSİ Birinci bölmə Rantsev Kiprə və Rusiyaya qarşı



Yüklə 104,87 Kb.
səhifə7/80
tarix02.01.2022
ölçüsü104,87 Kb.
#1856
1   2   3   4   5   6   7   8   9   10   ...   80
B. Avropa Şurası İnsan Hüquqları üzrə Komissarının 2003-cü ilin iyun ayında Kiprə etdiyi səfər barədə 12 fevral 2004-cü il tarixli hesabatından çıxarışlar (CommDH(2004)2)

91. Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı 2003-cü ilin iyun ayında Kiprə etdiyi səfərlə bağlı 12 fevral 2004-cü il tarixli hesabatında qadın alveri ilə bağlı Kiprdə baş verən məsələlərə toxunurdu. Hesabatdainter alia, qeyd olunurdu ki:

“29. Kiprin nəzərəçarpan iqtisadiyyata və turizm inkişafına malik olmasını nəzərə alaraq, onun necə Şərqi Aralıq dənizi regionunda insan alveri üçün əsas təyinat yerinə çevrilməsini başa düşmək çətin deyil. Bununla əlaqədar immiqrasiya siyasətinin olmaması və qanunvericilikdə rast gəlinən nöqsanlar bu fenomenin güclənməsinə imkan yaratmışdır.”

92. Kiprdə mövcud hüquq strukturu ilə əlaqədar (baxın, aşağıda 127-131-ci paraqraflara), Komissar öz müşahidələrini nəzərə çatdırır:

“30. Səlahiyyətli orqanlar normativ səviyyədə cavab vermişlər. 2000-ci ildə qəbul olunmuş Qanun (3(I) saylı Qanun, 2000-ci il) insan alveri və uşaqların cinsi istismarına qarşı mübarizə aparılması üçün müvafiq struktur yaratmışdır. Qanuna əsasən, İnsan Alveri və Üçüncü Şəxslər Tərəfindən Fahişəliyin İstismarına Qarşı Mübarizə üzrə Konvensiya nöqteyi-nəzərindən insan alveri kimi qəbul edilən hər hansı bir əməl, həmçinin qanunla müəyyən olunmuş oxşar xarakterli digər əməllərə görə 10 il azadlıqdan məhrum etmə cəzası təyin edilir, qurbanın yaşı 18-dən az olduğu təqdirdə isə, cəza müddəti 15 il müddətinə qədər artırılır. Cinsi istismar cinayəti törətmiş şəxslər 15 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilirlər. Qurbanın ətrafında olan şəxslər və ya qurban üzərində səlahiyyətə və ya təsirə malik şəxslər tərəfindən törədildikdə, həbs müddəti 20 il təşkil edir. 4-cü maddənin müddəalarına əsasən, pornoqrafik materialın yaradılması və satılmasında uşaqlardan istifadə edilməsi cinayətdir; 7-ci maddə istismara məruz qalmış şəxslərə mümkün hədd çərçivəsində dövlət tərəfindən yardım edilməsini nəzərdə tutur; belə yardım pul yardımı, müvəqqəti yaşayış yeri ilə təmin olunma, tibbi yardım və psixiatr dəstəyindən ibarətdir. 8-ci maddə məhkəmənin istismar dərəcəsi və ya təqsirləndirilən şəxsin qurbana göstərdiyi təzyiq dərəcəsi ilə əsaslandırılan cəza təyin etmək səlahiyyətinə malik olduğunu vurğulayaraq, belə səlahiyyəti bir daha təsdiqləyir. Kiprdə çalışan və istismarın qurbanı olmuş əcnəbi işçi ilkin icazəsinin (maddə 9) başa çatmasınadək digər iş yeri tapmaq məqsədilə səlahiyyətli orqanlara müraciət edə bilər. Yekun olaraq, Nazirlər Kabineti 10-cu maddəyə müvafiq olaraq, qurbanlar üçün əsas öhdəlikləri onlara məsləhət vermək və yardım etmək, istismar haqqında şikayətlərə baxmaq və təqsirləndirilən şəxsi məhkəmə qaydasında təqib etmək, eləcə də, qanunda mövcud olan hər hansı çatışmazlıqlar və ya boşluqları aşkara çıxarmaq və onların aradan qaldırılması üçün tövsiyələrini verməkdən ibarət olan hami şəxs təyin edir.”

93. Praktiki tədbirlərin görülməsinə dair, Komissar qeyd edir:

“Praktiki səviyyədə hökumət ittihamları əsaslandırmaq məqsədilə işəgötürənlərin əleyhinə şikayət etmiş qadınların ölkədə qalmasına icazə verərək, onları müdafiə etmək üçün cəhd göstərmişdir. Bəzi hallarda qadınlar istintaqın davam etdiyi müddət ərzində Kiprdə dövlət hesabına qalmışlar.”

94. Bununla belə, o, səlahiyyətli orqanları Kipr kabarelərində işləməyə gələn çox sayda gənc əcnəbi qadınların olması probleminin həllini tapa bilmədiyi üçün tənqid edir:

“32. Bununla belə, cəza prosedurları ilə yanaşı, qabaqlayıcı nəzarət tədbirləri də tətbiq olunmalıdır. Səlahiyyətli orqanların özlərinin verdiyi buraxılış nəticəsində Kiprdə gecə klublarında artist kimi çalışmaq məqsədilə gələn gənc qadınların sayı adanın əhalisinin sayının yarısına çatır.”


Yüklə 104,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin