İnsan hüquqlari üZRƏ avropa məHKƏMƏSİ Birinci bölmə Rantsev Kiprə və Rusiyaya qarşı



Yüklə 104,87 Kb.
səhifə4/80
tarix02.01.2022
ölçüsü104,87 Kb.
#1856
1   2   3   4   5   6   7   8   9   ...   80
C. Kiprdə istintaq

30. Kipr Hökuməti Məhkəməyə məlumat verib ki, ölümün cinayət əməlinə aid olmadığına dair qənaətə gəlinmiş işlərdə beş il müddət keçdikdən sonra materialların məhv edilməsi üzrə daxili siyasət baxımından istintaqın əsl materialları məhv olunmuşdur. Qeyd yazıları istisna olmaqla, bütün müvafiq sənədləri əks etdirən dublikat materiallar Hökumət tərəfindən Məhkəməyə təqdim edilmişdir.

31. Materiallar istintaqa məsuliyyət daşıyan vəzifəli şəxsin raportunu əks etdirir. Raport məhkəmə tibb ekspertizasının və hadisə yerinin müayinəsinin sübutları ilə təsdiq olunduğu kimi faktların tarixçəsini əks etdirir və 17 şahidi göstərir: M.A., M.P., D.P., Q.A., Limassol Polis İdarəsində iki növbətçi polis əməkdaşı, xanım Rantsevanın yerə düşməsindən sonra hadisə yerində olan səkkiz polis əməkdaşı, məhkəmə tibb eksperti və qan və sidik nümunələrini yoxlayan laboratoriya texniki.

32. Raportda göstərilir ki, Q.A.-nın arvadının zəngindən bir neçə dəqiqə, təxminən səhər saat 6:30-dan bir az sonra polis sözügedən binaya gəlmişdir. 6:40-da onlar hadisə yerini möhürləmiş və xanım Rantsevanın yerə düşməsi ilə bağlı araşdırmaya başlamışlar. Onlar xanım Rantsevanın qaldığı otağın və balkonların fotoşəkilləri daxil olmaqla, hadisə yerinin fotoşəkillərini çəkmişlər. Məhkəmə tibb eksperti 9:30-da gəlmiş və ölümü təsdiq etmişdir. İlkin məhkəmə tibb ekspertizası hadisə yerində aparılmışdır.

33. Həmin gün polis M.A., M.P. və D.P.-ni, eləcə də Q.A.-nı dindirmişdir. Onlar, həmçinin xanım Rantsevanın ölümündən bir az əvvəl M.A.-nı və xanım Rantsevanı Limassol Polis İdarəsində görmüş iki polis əməkdaşını və növbədə olan pasport şöbəsinin əməkdaşını dindirmişlər (verilmiş ifadələrdən müvafiq çıxarışlar və xülasələr yuxarıda 17-29-cu paraqraflarda göstərilmiş faktlar daxilində əks olunmuşdur). İşin materialları istintaqa məsul vəzifəli şəxs daxil olmaqla, hadisə yerində olmuş səkkiz polis əməkdaşlarından altısının ifadələrini daxil etdirir. Xanım Rantsevanın işlədiyi kabarenin başqa işçilərindən və ya onun qısa müddətdə mənzili bölüşdüyü qadından hər hansı ifadələrin götürülməsi ilə bağlı heç bir sənəd yoxdur.

34. 28 mart 2001-ci ildə şahid ifadəsini verərkən, M.A. xanım Rantsevanın pasportunu və digər sənədlərini polisə təqdim etmişdir. İfadəsini verdikdən və imzaladıqdan sonra o, pasporta aid aydınlaşdırmanı əlavə etməklə göstərib ki, xanım Rantseva 19 mart 2001-ci ildə mənzili tərk edərkən, öz pasportunu və sənədlərini götürmüşdür.

35. 29 mart 2001-ci ildə Kipr dövlət orqanları tərəfindən autopsiya aparılmışdır. Autopsiya xanım Rantsevanın bədənində və daxili orqanlarında bir neçə zədələri aşkar etmişdir. Belə nəticəyə gəlinmişdir ki, bu zədələr onun yerə düşməsi nəticəsində əmələ gəlmiş və yerə düşmə ölümün səbəbi olmuşdur. Ərizəçinin autopsiyanın nəticələri barədə nə vaxt məlumatlandırıldığı aydın deyildir. Ərizəçiyə görə, autopsiyanın surəti ona təqdim olunmamış və sonrakı istintaqın qənaətlərində qısa ümumiləşdirilmiş rəyin nəticələri barədə onun hər hansı təfsilatla məlumat alıb-almaması aydın deyildir.

36. 05 avqust 2001-ci ildə ərizəçi vəkillə birgə Limassol Polis İdarəsində olmuş və 28 mart 2001-ci ildə xanım Rantsevanı və M.A.-nı qəbul etmiş polis əməkdaşı ilə danışmışdır. Ərizəçi istintaqda iştirak etməsini xahiş etmişdir. Polis əməkdaşının sonrakı 08 iyul 2002-ci il tarixli ifadəsinə görə, görüş zamanı polis tərəfindən ərizəçiyə deyilmişdir ki, onun vəkili Limassol Dairə Məhkəməsində istintaqa baxılmasının tarixi barədə məlumatlandırılacaq.

37. 10 oktyabr 2001-ci ildə ərizəçi, surəti Kipr Respublikasının Baş Prokurorluğuna və Rusiyanın Kipr Respublikasındakı Konsulluğuna ünvanlanmaqla, Limassol Dairə Məhkəməsinə şikayət göndərmişdir. O, hüquqi yardımın göstərilməsinə aid Çelyabinsk prokurorluğunun 08 oktyabr 2001-ci il tarixli tələbinə istinad etmiş (baxın, aşağıda 48-ci paraqraf) və məhkəmə baxışından əvvəl işin materialları ilə tanış olmaq hüququnun həyata keçirilməsini, iclasda iştirakının təmin edilməsini və iclasın keçirilməsinin tarixi barədə lazımınca məlumatlandırılmasını xahiş etmişdir. O, həmçinin məlumat verib ki, lazımi qaydada məhkəməyə əlavə sənədləri təqdim etmək niyyətindədir.

38. Məhkəmə iclası 30 oktyabr 2001-ci il tarixinə təyin olunmuş və polis əməkdaşının 08 iyul 2002-ci il tarixli ifadəsinə görə (baxın, yuxarıda 36-cı paraqraf), ərizəçinin vəkili dərhal bu barədə məlumatlandırılmışdır. Hər bir halda, nə vəkil, nə də ərizəçi dairə məhkəməsinə gəlmişlər. İşin baxılması 11 dekabr 2001-ci il tarixinə təxirə salınmış və əmr edilmişdir ki, ərizəçini məlumatlandırmaq məqsədilə iclasın yeni tarixi haqqında Rusiya səfirliyinə məlumat verilsin.

39. Surəti Kipr Respublikasının Baş Prokurorluğuna və Rusiyanın Kipr Respublikasındakı Konsulluğuna ünvanlanmış 20 oktyabr 2001-ci il tarixi qoyulmuş və 31 oktyabr 2001-ci ildə Limassol Dairə Məhkəməsinə göndərilmiş faksda ərizəçi iclasın tarixi barədə məlumatın onun yeni yaşayış yerinə göndərilməsini xahiş etmişdir.

40. 11 dekabr 2001-ci ildə ərizəçi yerli məhkəməyə gəlməmiş və işə baxılması 27 dekabr 2001-ci il tarixinə təxirə salınmışdır.

41. 27 dekabr 2001-ci ildə ərizəçinin iştirakı olmadan Limassol Dairə Məhkəməsində işə baxılmışdır. Məhkəmənin həmin gün tarixli verdikti, inter alia, əks etdirmişdir ki:

“28 mart 2001-ci ildə təxminən səhər saat 6:30-da yuxarıda qeyd olunmuş mənzildən qaçmaq niyyətində olan mərhum şübhəli vəziyyətdə yerə hoppanmış və bunun nəticəsində ölümə səbəb olan zədələr almışdır...

Mənim verdiktim ondan ibarətdir ki, xanım Oksana Rantseva 28 mart 2001-ci ildə bədbəxt hadisəyə oxşar şəraitdə qonaq olduğu mənzildən qaçmağa cəhd edərkən ölmüşdür.

Mənim qarşımda onun ölümündə üçüncü şəxsin cinayət məsuliyyətini müəyyən edən hər hansı sübut yoxdur.”




Yüklə 104,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin