5. Avropa Şurasının insan alverinə qarşı ümumi tədbiri
158. Son illər Avropa Şurasının Nazirlər Komitəsi insanların cinsi istismar məqsədilə alverinə qarşı üç hüquqi sənəd qəbul etmişdir: Nazirlər Komitəsinin üzv dövlətlərə insanların cinsi istismar məqsədilə alverinə qarşı tədbirlərin görülməsi haqqında № R (2000) 11 saylı Tövsiyəsi; Nazirlər Komitəsinin üzv dövlətlərə uşaqların cinsi istismardan müdafiə olunması haqqında № Rec (2001) 16 saylı Tövsiyəsi; Nazirlər Komitəsinin üzv dövlətlərə qadınların zorakılıqdan müdafiə olunması haqqında № Rec (2005) 5 saylı Tövsiyəsi. Həmin üç sənəd, inter alia, təriflər, ümumi tədbirlər, metodoloji və tədbir çərçivəsi, önləyici tədbirlər və müdafiə, cinayət hüququ sahəsində tədbirlər, hüquqi əməkdaşlıq və beynəlxalq əməkdaşlıq və tədbirlərin uzlaşdırılması məqsədilə tədbirləri özündə cəmləşdirən pan-Avropa (bütün Avropa ölkələrini əhatə edən) strategiyanı təklif edir.
159. Avropa Şurasının Parlament Assambleyası bu sahədə, həmçinin bir neçə sənəd qəbul etmişdir: Avropa Şurasının üzv Dövlətlərində qadınların alveri və məcburi fahişəliyinə dair 1325 saylı (1995) Tövsiyə; Avropada qadınlara qarşı zorakılığa dair 1450 saylı (2000) Tövsiyə; Ev köləliyinə dair 1523 saylı (2001) Tövsiyə; Şərqi Avropa marşrutuna son qoymaq məqsədilə Moldovanın nümunəsi əsasında həddi-büluğa çatmamış uşaqların alveri əleyhinə kampaniyaya dair 1526 saylı (2001) Tövsiyə; Qadınların alveri əleyhinə kampaniyaya dair 1545 saylı (2002) Tövsiyə; Qadın alveri və fahişəliyi ilə bağlı miqrasiyaya dair 1610 saylı (2003) Tövsiyə və Ev şəraitində köləlik barədə 1663 (2004) saylı Tövsiyə: Köləlik, au pairs (yaşayış yeri, yemək və pul üçün ev işini görən xarici qadın) və “kataloqla gəlinlərə” dair 1663 saylı (2004) Tövsiyə.
Dostları ilə paylaş: |