II. Konvensiyanın 2, 3,4 və 5-ci maddələrinə əsasən verilmiş şikayətlərin məqbuliyyəti
A. Rusiya Hökumətinin ratione loci etirazı
1. Tərəflərin dəlilləri
203. Rusiya Hökuməti iddia edib ki, şikayətin əsasında duran hadisələr onun ərazisindən kənarda baş verdiyi üçün şikayət Rusiya Federasiyasına qarşı yönəldiyi hissədəratione loci qeyri-məqbuldur. Onlar bildiriblər ki, Kipr Respublikasının ərazisi üzərində hər hansı “faktiki hakimiyyətə” malik deyillər və Rusiya Federasiyasının hərəkətləri Kipr Respublikasının suverenliyi ilə məhdudlaşır.
204. Ərizəçi bu dəlili rədd etmişdir. O iddia edib ki, Drozd və Janusek Fransaya və İspaniyaya qarşı iş üzrə 26 iyun 1992-ci il tarixli qərara (A Seriyaları, № 240) müvafiq olaraq, hakimiyyət orqanlarının hərəkət və hərəkətsizliyi ərazisindən kənar nəticələrə səbəb olduğu qədər Rusiya Federasiyası məsuliyyətli hesab oluna bilər.
Dostları ilə paylaş: |