İnsan hüquqlari üZRƏ avropa məHKƏMƏSİ Birinci bölmə Rantsev Kiprə və Rusiyaya qarşı



Yüklə 104,87 Kb.
səhifə32/80
tarix02.01.2022
ölçüsü104,87 Kb.
#1856
1   ...   28   29   30   31   32   33   34   35   ...   80
B. Məhkəmənin qiymətləndirməsi

1. Ümumi prinsiplər

193. Məhkəmə ilk növbədə qeyd edir ki, birtərəfli bəyanat yalnız Kipr Respublikasına aiddir. Rusiya Federasiyası tərəfindən birtərəfli bəyanat təqdim edilməmişdir. Müvafiq olaraq, Məhkəmə yalnız Kipr dövlət orqanlarına qarşı olan şikayətlərə aid siyahıdan çıxarmanın tətbiqinin əsaslı olub-olmamasını araşdıracaq.

194. Məhkəmə xatırladır ki, ərizəçi işin araşdırılmasını tələb etsə belə, müəyyən hallarda Konvensiyanın 37-ci maddəsinin 1-ci bəndinə əsasən cavabdeh Hökumətin birtərəfli bəyanatı əsasında şikayəti tam və ya qismən siyahıdan çıxarmaq əsaslı ola bilər. Konkret işdə bunun yolverilən olub-olmaması birtərəfli bəyanatın Konvensiyanın müəyyən etdiyi kimi insan hüquqlarına hörmətin Məhkəmədən işin araşdırılmasını tələb etməməsi üçün kifayətedici əsası təşkil edib-etməməsindən asılıdır (baxın, həmçinin,inter aliaTaşin Açar Türkiyəyə qarşı (ilkin etiraz) (BP), № 26307/95, § 75, İHAM 2003-VI; və Radotsveşka-Zakosyelna Polşaya qarşı, № 858/08, § 50, 20 oktyabr 2009-cu il).

195. Bununla bağlı müvafiq faktorlar edilmiş şikayətlərin xarakterini, qaldırılmış məsələlərin əvvəlki işlərdə Məhkəmənin artıq müəyyən etdiyi məsələlərlə müqayisəli olub-olmamasını, hər hansı belə əvvəlki işlərdə Məhkəmə tərəfindən qəbul olunmuş qərarların icrası kontekstində cavabdeh Hökumətin gördüyü hər hansı tədbirlərin xarakteri və dairəsini və müvafiq işə belə tədbirlərin təsirini daxil etdirir. Faktların tərəflər arasında mübahisəli olub-olmaması və belə olduqda, ixtilafın dərəcəsi və tərəflərin faktlar barədə dəlillərinə hansı sübut qiymətinin verilməli olduğu da əhəmiyyət kəsb edə bilər. Digər əhəmiyyətli faktlar birtərəfli bəyanatda cavabdeh Hökumətin Konvensiyanın iddia olunan pozuntularına aid hər hansı dəlillər irəli sürüb-sürməməsi və belə olduqda, bu dəlillərin dairəsi və Hökumətin ərizəçiyə təqdim etmək istədiyi bərpa etmənin tərzini daxil etdirə bilər. Sonuncu məqama gəldikdə, iddia olunan pozuntunun nəticələrinin aradan qaldırılması mümkün olduğu və cavabdeh Hökumətin bunu etməyə hazır olduğunu bəyan etdiyi işlərdə, bərpa etmə barədə Hökumətin istəyi daha çox şikayətin siyahıdan çıxarılması üçün müvafiq kimi qiymətləndirilə bilər. Belə olan halda, Məhkəmə həmişə olduğu kimi Konvensiyanın 37-ci maddəsinin 2-ci bəndinin və Məhkəmə Reqlamentinin 44-cü qaydasının 5-ci bəndinin nəzərdə tutduğu qaydada şikayəti siyahıda bərpa etmək səlahiyyətini özündə saxlayır (baxın, yuxarıda qeyd olunmuş Taşin Açar işi, § 76).

196. Yuxarıda göstərilən faktorlar əhəmiyyətli faktorların dəqiq siyahısını təşkil etmir. Hər işin konkret hallarından asılı olaraq mümkündür ki, Konvensiyanın 37-ci maddəsinin 1-ci bəndinin məqsədləri üçün birtərəfli bəyanatın qiymətləndirilməsində başqa düşüncələr ortaya çıxsın (baxın, yuxarıda qeyd olunmuş Taşin Açar işi, § 77).

197. Nəhayət, Məhkəmə xatırladır ki, onun qərarları yalnız qarşısında olan işlərə deyil, daha ümumi şəkildə Müqavilə Tərəfləri kimi üzərlərinə götürdükləri öhdəliklərə Dövlətlərin riayət etməsinə töhfə verməklə, Konvensiya ilə yaradılmış qaydaları aydınlaşdırmağa, təminatlatdırmağa və inkişaf etdirməyə xidmət edir (baxın, İrlandiya Böyük Britaniyaya qarşı, 18 yanvar 1978-ci il, § 154, A Seriyaları, № 25; Quzzardi İtaliyaya qarşı, 06 noyabr 1980-ci il, § 86, A Seriyaları, № 39; və Karner Avstriyaya qarşı, № 40016/98, § 26, İHAM 2003-IX). Konvensiya sisteminin əsas məqsədinin fərdi kömək göstərməkdən ibarət olmasına baxmayaraq, onun missiyası, həmçinin insan hüquqlarının müdafiəsinin ümumi standartlarını qaldırmaqla və Konvensiya Dövlətləri birliyi arasında insan hüquqlarının məhkəmə təcrübəsini genişləndirməklə, ümumi maraqlı sahələrdə ictimai siyasət məsələlərini müəyyən etməkdir (baxın, yuxarıda qeyd olunmuş Karner işi, § 26; və Kapital Bank AD Bolqarıstana qarşı iş, № 49429/99, §§ 78079, İHAM 2005-XII (çıxarışlar)).




Yüklə 104,87 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin