İnsan hüquqlari üZRƏ avropa məHKƏMƏSİ Birinci bölmə Rantsev Kiprə və Rusiyaya qarşı



Yüklə 104,87 Kb.
səhifə40/80
tarix02.01.2022
ölçüsü104,87 Kb.
#1856
1   ...   36   37   38   39   40   41   42   43   ...   80
b. Kipr Hökuməti

215. Kipr Hökuməti mübahisə etməyib ki, Konvensiyanın 2-ci maddəsinin 1-ci bəndi müvafiq dövlət orqanlarının üzərinə pozitiv öhdəlik qoyur ki, başqa fərdi şəxsin cinayət hərəkətlərindən həyatı təhlükədə olan fərdi şəxsi qorumaq üçün operativ qabaqlayıcı tədbirlər görsün. Lakin belə öhdəliyin əmələ gəlməsi üçün müəyyən olunmalıdır ki, dövlət orqanları şəxsiyyəti bəlli olan fərdi şəxsin həyatına real və birbaşa təhlükənin olmasından xəbərdar və ya bunu bilməli idilər və onlar səlahiyyətləri daxilində əsaslı şəkildə qiymətləndirilməklə, bu təhlükəni aradan qaldıra bilən tədbirləri görməmişlər (yuxarıda qeyd olunmuş Osman işinə istinadən).

216. Öz yazılı dəlillərində Kipr Hökuməti iddia edib ki, ərizəçinin qızının həyatını qorumaq üçün çatışmazlıq olmamışdır. 28 mart 2001-ci ildə xanım Rantseva ilə əlaqədə olmuş polis əməkdaşlarında olan məlumata görə, onun həyatına real və ya birbaşa təhlükənin olduğunu güman etməyə əsaslar olmamışdır. Polis əməkdaşlarının ifadələrinə əsasən, xanım Rantseva kosmetik vasitələri soyuqqanlılıqla üzərinə çəkmiş və M.A.-nın ona qarşı davranışı normal görünürdü (baxın, yuxarıda 20 və 49-cu paraqraflar). Xanım Rantsevanın öz kabaredəki işindən çıxmasına baxmayaraq, o, işəgötürən şəxsə qarşı və ya əmək şəraitinə dair hər hansı şikayət təqdim etməmişdir. Polis idarəsində olarkən, o, polis əməkdaşlarına şikayətlər etməmiş və M.A. ilə polisi tərk etməyə etiraz bildirməmişdir. Xanım Rantsevanı azad etmədən onu M.A.-ya vermək qərarı onun həyatını qorumaq üçün Kipr dövlət orqanları üzərində olan hər hansı öhdəliyi pozmur.

217. Sonrakı birtərəfli bəyanatında Kipr Hökuməti təsdiq edib ki, xanım Rantsevanın M.A.-ya verilməsi qərarı başqa fərdi şəxsin cinayət hərəkətlərindən onun qorunması üçün qabaqlayıcı tədbirlər görmək barədə Konvensiyanın 2-ci maddəsinə əsasən Kipr üzərində olan pozitiv öhdəliyi pozmuşdur (baxın, yuxarıda 187-ci paraqraf).




Yüklə 104,87 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin