İnsan hüquqlari üZRƏ avropa məHKƏMƏSİ Birinci bölmə Rantsev Kiprə və Rusiyaya qarşı



Yüklə 104,87 Kb.
səhifə41/80
tarix02.01.2022
ölçüsü104,87 Kb.
#1856
1   ...   37   38   39   40   41   42   43   44   ...   80
2. Məhkəmənin qiymətləndirməsi

a. Ümumi prinsiplər

218. Aydındır ki, Konvensiyanın 2-ci maddəsi Dövlətin üzərinə yalnız həyatdan qəsdən və qanunsuz məhrum etmədən çəkinmək deyil, həmçinin öz yurisdiksiyasında olan hər kəsin həyatına təminat vermək üçün lazımi tədbirlər görmək vəzifəsini qoyur (baxın, L.C.B. Birləşmiş Krallığa qarşı, 09 iyun 1998-ci il, § 36, Hesabatlar, 1998-III; və yuxarıda qeyd olunmuş Pol və Odri Edvərds, § 54). İlk növbədə, bu öhdəlik Dövlətdən tələb edir ki, səmərəli cinayət hüquqi müddəaları qəbul etməklə, belə müddəaların pozuntularının qarşısının alınması, onların dəf edilməsi və törədildiyi halda cəzalandırılması üçün hüquq mühafizə mexanizminə arxalanan şəxsə qarşı cinayətlərin törədilməsinin yayındırılması məqsədilə onun yaşamaq hüququnu təmin etsin. Lakin bu öhdəlik, həmçinin müvafiq hallarda dövlət orqanları üzərində pozitiv öhdəliyi nəzərdə tutur ki, başqa fərdi şəxslərin cinayət hərəkətlərindən həyatları təhlükədə olan fərdi şəxsləri qorumaq üçün operativ qabaqlayıcı tədbirlər görsünlər (baxın, yuxarıda qeyd olunmuş Osman işi, § 115; Medova Rusiyaya qarşı, № 25385/04, § 95, 15 yanvar 2009-cu il; Opuz Türkiyəyə qarşı, № 33401/02, § 128, 09 iyun 2009-cu il).

219. Məhkəmə xatırladır ki, müasir cəmiyyətlərdə ictimai qaydanın qorunmasında çətinlikləri, insan davranışının gözlənilməzliyi və prioritetlər və resurslar şərtləri baxımından edilməli olan fəaliyyət seçimlərini nəzərə alaraq, istənilən pozitiv öhdəliyin əhatəsi dövlət orqanlarının üzərinə mümkünsüz və ya qeyri-mütənasib yükü qoymayan tərzdə təfsir edilməlidir. Həyata hər bir təhlükə dövlət orqanlarının bu təhlükənin qarşısının alınması üçün operativ tədbirlər görməsinə dair Konvensiya tələbini yaratmır. Həyatı qorumaq üzrə pozitiv öhdəliyin pozulmasının Məhkəmə tərəfindən müəyyən edilməsi üçün aşkarlanmalıdır ki, üçüncü tərəfin cinayət hərəkətlərindən şəxsiyyəti bəlli olan fərdi şəxsin həyatına real və birbaşa təhlükədən onun mövcudluğu zamanı dövlət orqanları məlumatlı olmuşlar və ya məlumatlı olmalı idilər və onlar səlahiyyətləri daxilində əsaslı şəkildə qiymətləndirilməklə, bu təhlükəni aradan qaldıra bilən tədbirləri görməmişlər (baxın, yuxarıda qeyd olunmuş Osman işi, § 116; yuxarıda qeyd olunmuş Pol və Odri Edvards işi, § 55; və yuxarıda qeyd olunmuş Medova işi, § 96).


Yüklə 104,87 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin