1. Tərəflərin dəlilləri
a. Ərizəçi
214. Osman Birləşmiş Krallığa qarşı iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərara (Hesabatlar, 1998-VIII) istinadən, ərizəçi həyata real və birbaşa təhlükə barədə Dövlətin bildiyi və ya bilməli olduğu halda, başqa fərdi şəxsin cinayət hərəkətlərindən həyatı təhlükədə olan fərdi şəxsi qorumaq üçün operativ qabaqlayıcı tədbirlərin görülməsini tələb edən Konvensiyanın 2-ci maddəsinə əsasən ortaya çıxan pozitiv öhdəliklərə əsaslanıb. Ərizəçi iddia edib ki, xanım Rantsevanı azad etməməklə və əvəzində onu M.A.-ya təhvil verməklə, Kipr dövlət orqanları onun həyatına real və birbaşa təhlükədən yayınmaq üçün səlahiyyətləri daxilində olan ağlabatan tədbirləri görməmişlər.
Dostları ilə paylaş: |