B. Rusiya Hökumətinin ratione materiae etirazı
1. Tərəflərin dəlilləri
209. Rusiya Hökuməti iddia edib ki, Konvensiyanın 4-cü maddəsinə əsasən verilmiş şikayət ratione materiae qeyri-məqbuldur, ona görə ki, iş üzrə köləlik, əsarət və ya məcburi əmək baş verməmişdir. Onlar o faktı vurğulayıblar ki, xanım Rantseva Kipr Respublikasına könülü daxil olaraq, bağladığı əmək müqaviləsinə müvafiq işləməyə icazə almaq üçün əmək icazəsini öz istəyi ilə əldə etmişdir. Hər hansı sübut göstərmir ki, xanım Rantseva əsarətdə olmuş və öz vəziyyətini dəyişdirmək iqtidarında olmamış və ya işləməyə məcbur olmuşdur. Daha sonra Rusiya Hökuməti vurğulayıb ki, digər kabare artisti ilə yaşadıqdan sonra xanım Rantseva hər hansı məneə olmadan mənzili tərk etmişdir. Buna görə, onlar iddia ediblər ki, kabare artistlərinin mənzildə öz iradələrinə zidd saxlandıqlarına dair nəticəyə gəlmək üçün kifayətedici əsaslar yoxdur. Rusiya Hökuməti əlavə edib ki, xanım Rantsevanın M.A. ilə polis idarəsini tərk etməsi faktı belə nəticəyə gəlməyə kifayət deyil ki, xanım Rantseva əsarətdə olmuş və əməyə zorla cəlb edilmişdir. Həyatı və təhlükəsizliyi üçün qorxduğu halda, o, polis idarəsində olarkən bu barədə polis əməkdaşlarına məlumat verə bilərdi.
210. Ərizəçi təkid edib ki, xanım Rantsevanın məruz qaldığı rəftar Konvensiyanın 4-cü maddəsinin dairəsinə düşür.
Dostları ilə paylaş: |