İnsan hüquqlari üZRƏ avropa məHKƏMƏSİ Birinci bölmə Rantsev Kiprə və Rusiyaya qarşı



Yüklə 104,87 Kb.
səhifə44/80
tarix02.01.2022
ölçüsü104,87 Kb.
#1856
1   ...   40   41   42   43   44   45   46   47   ...   80
b. Kipr Hökuməti

227. Öz yazılı dəlillərində Kipr Hökuməti qəbul edib ki, səmərəli istintaq aparmaq öhdəliyi Konvensiyanın 2-ci maddəsindən o halda irəli gəlir ki, Dövlət agentləri fərdi şəxsin ölümünə gətirib çıxaran hadisələrə cəlb olunsunlar, lakin Hökumət iddia edib ki, hər bir faciəvi ölüm araşdırmanın aparılması ilə xüsusi addımların atılmasını tələb etmir. Hazırkı işdə Kipr dövlət orqanları xanım Rantsevanın ölməsi halları ilə bağlı istintaq aparmaq öhdəliyində olmamışlar, lakin bunu etmişlər. Xanım Rantsevanın ölümünə gətirib çıxarmış dəqiq halların qeyri-müəyyən qalmasına baxmayaraq, Kipr Hökuməti istintaqda çatışmazlıqların mövcudluğu barədə ehtimalı mübahisələndirib. İstintaq polis tərəfindən aparılmış və məsuliyyət daşıyan şəxslərin müəyyən edilməsi və cəzalandırılması iqtidarında olmuşdur. Vacib sübutun təmin edilməsi üçün əsaslı addımlar atılmış və istintaq aparılmışdır.

228. İstintaqa gəldikdə, Kipr Hökuməti bildirib ki, ərizəçi Kipr dövlət orqanları tərəfindən işə baxılmasının tarixi barədə məlumat almışdır. Bundan başqa, iclas iki dəfə təxirə salınmışdır, ona görə ki, ərizəçi iştirak etməmişdir. Kipr Hökuməti təxirə salınma barədə ərizəçinin müraciəti haqqında Kipr dövlət orqanlarını məlumatlandırmaqda Rusiya dövlət orqanlarının gecikməsinə işarə etmişdir: müraciət iclasın keçirilməsindən yalnız dörd ay sonra alınmışdır. Məhkəmə ərizəçinin müraciəti barədə məlumatlı olduğu halda, o, iclası yenə də təxirə sala bilərdi. Ərizəçinin bütün başqa müraciətləri ünvanına çatmış və müvafiq Kipr dövlət orqanları mümkün olduğu yerlərdə ərizəçiyə kömək göstərməyə çalışmışlar. Hüquqi yardıma aid ərizəçinin şikayətinə gəldikdə, Kipr Hökuməti göstərib ki, ərizəçi düzgün prosedur vasitəsilə müraciət etməmişdir. O, “Hüquqi yardım haqqında” Qanuna əsasən müraciət etməli idi; ərizəçinin istinad etdiyi Hüquqi yardım haqqında Saziş hüquqi yardımı deyil, pulsuz hüquqi yardımı nəzərdə tutub ki, bu da kifayət qədər fərqli məsələdir.

229. Öz birtərəfli bəyanatında (baxın, yuxarıda 187-ci paraqraf), Kipr Hökuməti təsdiq edib ki, bu yaxınlarda üç müstəqil müstəntiqlər xanım Rantsevanın ölümünün hallarının və onun ölümünə görə hər hansı şəxsin və ya dövlət orqanının məsuliyyət dairəsinin araşdırılması üçün təyin olunmuşlar.




Yüklə 104,87 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin