İnsan hüquqlari üZRƏ avropa məHKƏMƏSİ Birinci bölmə Rantsev Kiprə və Rusiyaya qarşı



Yüklə 104,87 Kb.
səhifə45/80
tarix02.01.2022
ölçüsü104,87 Kb.
#1856
1   ...   41   42   43   44   45   46   47   48   ...   80
c. Rusiya Hökuməti

230. Rusiya Hökuməti qəbul edib ki, sonradan dəyişikliklərin edilməsinə baxmayaraq, müvafiq vaxtda Rusiya cinayət qanunvericiliyi Rusiya vətəndaşına qarşı Rusiya ərazisindən kənarda törədilmiş cinayətə görə qeyri-Rusiya vətəndaşlar barəsində Rusiyada cinayət təqibinin başlanılmasının mümkünlüyünü nəzərdə tutmamışdır. Hər bir halda ərizəçi Rusiya dövlət orqanlarından cinayət işinin başlanılmasını deyil, sadəcə olaraq Kiprdə qızının ölümünə gətirib çıxarmış halların müəyyən olunmasında köməklik göstərilməsini xahiş etmişdir. Müvafiq olaraq, xanım Rantsevanın ölümü ilə bağlı hər hansı ibtidai istintaq Rusiyada aparılmamış və hər hansı sübut əldə edilməmişdir. Xanım Rantseva ilə işləmiş iki gənc qadından ifadələrin alınması ərizəçi tərəfindən Rusiya dövlət orqanlarından bir neçə dəfə xahiş edilsə belə, onun məlumatlandırıldığı kimi, Kipr dövlət orqanlarından hüquqi yardım barədə müraciət olmadan Rusiya dövlət orqanları tələb olunan addımları ata bilməzlər. Rusiya dövlət orqanları Kipr dövlət orqanlarını məlumatlandırıblar ki, onlar Hər hansı belə müraciəti icra etməyə hazırdırlar, lakin hər hansı müraciət edilməmişdir.

231. Rusiya Hökuməti iddia edib ki, Rusiya dövlət orqanları xanım Rantsevanın ölümünün hallarının müəyyən olunması, istintaqın aparılmasında Kipr dövlət orqanlarına yardım göstərilməsi və ərizəçinin hüquqlarının bərpası üçün bütün mümkün tədbirləri görmüşlər. Müvafiq olaraq, onlar iddia ediblər ki, Rusiya Konvensiyanın 2-ci maddəsinə əsasən üzərində olan hər hansı prosessual öhdəliklərə riayət etmişdir.


Yüklə 104,87 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin