İnsan hüquqlari üZRƏ avropa məHKƏMƏSİ Birinci bölmə Rantsev Kiprə və Rusiyaya qarşı



Yüklə 104,87 Kb.
səhifə48/80
tarix02.01.2022
ölçüsü104,87 Kb.
#1856
1   ...   44   45   46   47   48   49   50   51   ...   80
ii. Rusiya

243. Məhkəmə xatırladır ki, xanım Rantsevanın ölümü Kiprdə baş vermişdir. Müvafiq olaraq, ümumi yanaşmadan kənara çıxmağı tələb edən xüsusi məqamların hazırkı işdə olduğu göstərilmirsə, rəsmi səmərəli istintaqın təmin olunması öhdəliyi yalnız Kiprin üzərinə düşür (baxın, mutatis mutandis, Al-Adsani Birləşmiş Krallığa qarşı (BP), № 35763/97, § 38, İHAM 2001-XI).

244. Xüsusi məqamların mövcudluğuna gəldikdə, ərizəçi o fakta istinad edir ki, xanım Rantseva Rusiya vətəndaşı olmuşdur. Lakin Məhkəmə hesab etmir ki, Konvensiyanın 2-ci maddəsi üzv Dövlətlərin cinayət qanunvericiliyindən tələb edir ki, vətəndaşlarından birinin ölümü ilə bağlı işlərdə universal yurisdiksiyanı nəzərdə tutsunlar. Özünün istintaqını keçirmək barədə Rusiya üzərində öhdəliyin qoyulmasını əsaslandıra bilən hər hansı digər xüsusi məqamlar yoxdur. Müvafiq olaraq, Məhkəmə hesab edir ki, Konvensiyanın 2-ci maddəsinə əsasən xanım Rantsevanın ölümünün istintaqının aparılması üçün hər hansı ayrıca öhdəlik Rusiya dövlət orqanlarının üzərində olmamışdır.

245. Lakin istintaq aparan Dövlətin üzərində digər yurisdiksiyalarda yerləşən sübutu təmin etmək öhdəliyinin nəticəsi olaraq sübutun yerləşdiyi Dövlətin vəzifəsidir ki, hüquqi yardım tələbi əsasında istənilmiş hər hansı köməyi səlahiyyəti və imkanları daxilində təqdim etsin. Hazırkı işdə yuxarıda göstərildiyi kimi, Rusiya Federasiyasının Baş Prokuroru iki rus qadının ifadələrinə istinadən Rusiya dövlət orqanlarına ünvanlanmış istənilən qarşılıqlı hüquqi yardım tələbinə riayət etmək və şahid ifadələrini almağı təşkil etmək niyyətini açıqlamış, lakin hər hansı belə tələb verilməmişdir (baxın, yuxarıda 241-ci paraqraf). Ərizəçi iddia edib ki, Kipr dövlət orqanlarından hər hansı tələbin olmamasına baxmayaraq, Rusiya dövlət orqanları iki qadını dindirməli olmuşdur. Lakin Məhkəmə xatırladır ki, xanım Rantsevanın ölümünü istintaq etmək öhdəliyi Kiprə aiddir. Hüquqi yardım tələbinin olmadığı halda, Rusiya dövlət orqanlarından Konvensiyanın 2-ci maddəsinə əsasən sübutu əldə etmək tələb olunmurdu.

246. Cinayət işinin başlanılmasına dair Rusiya dövlət orqanları tərəfindən tələbin irəli sürülməməsi barədə ərizəçinin dəlilinə gəldikdə, Məhkəmə qeyd edir ki, Rusiya dövlət orqanları Kipr dövlət orqanlarını hərəkətə gətirmək üçün qarşılıqlı hüquqi yardım sazişləri ilə təqdim olunmuş imkanlardan geniş istifadə etmişdir (baxın, məsələn, 48, 52, 55, 57 və 61-62-ci paraqraflar). Xüsusən, 11 dekabr 2001-ci il tarixli məktubla onlar tələb etmişlər ki, xanım Rantsevanın ölümü ilə bağlı əlavə istintaq aparılsın, əhəmiyyətli şahidlər dindirilsin və Kipr dövlət orqanları qəsdən adam öldürmə, adam oğurluğu və ya azadlığın qanunsuz məhdudlaşdırılması ittihamlarını irəli sürsün (baxın, yuxarıda 52-ci paraqraf). 27 dekabr 2001-ci il tarixli məktubla cinayət işinin başlanılması üçün xüsusi tələb təqdim edilmişdir (baxın, yuxarıda 53-cü paraqraflar). Bu tələb bir neçə dəfə təkrarlanmışdır.

247. Nəticədə, Məhkəmə hesab edir ki, Rusiya Federasiyası tərəfindən Konvensiyanın 2-ci maddəsinin prosessual pozuntusu baş verməmişdir.




Yüklə 104,87 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin