B. Məhkəmənin qiymətləndirməsi
252. Məhkəmə qeyd edir ki, ölümündən əvvəl xanım Rantsevanın pis rəftara məruz qaldığına dair hər hansı sübut yoxdur. Lakin aydındır ki, zorakılıqdan istifadə etmə və qurbanların pis rəftara məruz qalmaları insan alverinin ümumi xüsusiyyətləridir (baxın, 85, 87-88 və 101-ci paraqraflar). Buna görə, Məhkəmə hesab edir ki, pis rəftarla bağlı hər hansı spesifik iddiaların olmadığı halda, ölümündən əvvəl xanım Rantsevanın məruz qaldığı hər hansı qeyri-insani və ya alçaldıcı rəftar iddia olunan insan alveri və istismarla çox bağlıdır. Müvafiq olaraq, Məhkəmə hesab edir ki, ərizəçinin Konvensiyanın 3-cü maddəsi üzrə şikayətlərini ayrıca araşdırmaq zəruri deyil və Konvensiyanın 4-cü maddəsi baxımından ərizəçinin şikayətinin araşdırılması yönümündə ortaya çıxan ümumi məsələləri həll edəcək.
Dostları ilə paylaş: |