İnsan resurslarının idarə edilməsi ” mühazirələrin icmalı Mövzu İnsan resursları: mahiyyəti və məzmunu



Yüklə 0,58 Mb.
səhifə27/60
tarix03.02.2022
ölçüsü0,58 Mb.
#52030
növüMühazirə
1   ...   23   24   25   26   27   28   29   30   ...   60
referat 3325

9.3. İdarəçilik əməyinin elmi təşkili
İstehsalın idarə olunması iqtisadiyyat, siyasət, ideologiya, hüquq, psixologiya və ictimai həyatın digər sahələri ilə əlaqədar olan müxtəlif və mürəkkəb fəaliyyəti əhatə edir.

İdarəçilik əməyinin müstəqil bir məşğulluq növü kimi ayrılması əmək kooperasiyasının inkişaf etməsi nəticəsidir. İdarəetmə prosesi rüşeym halında hələ ibtidai icma quruluşunda baş vermişdi. Bu zaman idarəçilik qəbilə başçısının hökm və iradəsinə könüllü tabe olmaqla həyata keçirilirdi. Quldarlıq quruluşunda istehsah idarə etmə qulların əməyi üzərində bilavasitə hakim olmaq və tabeçilik, despotizm və zorakıçıhq yolu ilə baş verirdi və s.

İdarəçilik əməyinin iqtisadi cəhətdən tam təcrid olunması kaptalizmin meydana gəlməsi ilə baş vermişdir. Kapitalizmin meydana gəlməsi ilə eyni zamanda idarəçilik əməyi ilə bilavasitə fıziki əmək arasındakı ziddiyyətlər də kəskinləşməyə başladı.

İstehsal prosesi bir kibernetik sistem olduğuna görə idarə etmə prosesi, məlumat və əlaqələr vasitəsilə idarə olunan və idarə edən sistemlər arasında qarşılıqlı münasibətlərin müəyyən edilməsi ilə üzvi şəkildə bağlıdır. İstehsalın inkişafı bilavasitə istehsal proqramının hazırlanması və nəzarət etmə məqsədi ilə bir çox sadə və mürəkkəb məlumatların zaman və məkan etibarilə axtarılması, toplanması, saxlanılması, işlənilib hazırlanması və yenidən icraçılara çatdırılması kimi müstəqil fəaliyyət tələb edir. Ona görə də yuxarıda göstərilən işlər üçün kompleks əməliyyatların icrası üzrə olan fəaliyyət idarəçilik fəaliyyəti adlandırılır, onunla məşğul olan işçilər isə idarə aparatı işçiləri hesab olunurlar.

İdarə aparatınıın işçiləri öz fəaliyyətinin predmeti və məhsulu olan məlumatlar sisteminə malik olurlar və maddi istehsala bilavasitə onlarm vasitəsilə təsir göstərirlər. Digər tərəfdən isə istehsalın maddi məhsulunu idarəçilik əməyinin nəticəsi hesab etmək olar. Belə ki, fəhlə hər hansı bir məhsulu istehsal edərkən mühəndis-texnik işçilər və qulluqçuların hazırladığı məlumatlardan - iş cizgilərindən, iş tapşırıqlarından və s. istifadə edir.

İdarəçilik əməyinin xüsusiyyətləri

Bu xüsusiyyətlər aşağıdakılardan ibarətdir: 1) əməyin xüsusiyyətləri - intellektual, zehni əmək; 2) təsir etmə səciyyəsi - inzibati, təşkilatı, bütövlükdə idarəedici; 3) əmək cismi - informasiya; 4) əmək vasitələri - hesablama texnikası, təşkilatı texnika; 5) maddi nemətlər istehsalina təsiri - qeyri müstəqim; 6) əməyin son nəticəsi - idarəetmə qərarları.

İdarəetmə də ƏET-li o zaman müsbət nəticə verir ki, onun prinsipləri və metodları idarəetmənin bütün mərhələlərində - ustadan nazirə qədər - həyata keçirilmiş olsun. MTİ-lərin və qulluqçuların ƏET-nin nəzəri əsası bir sıra qanun və qanunauyğunluqlarla - vaxta qənaət qanunu, əmək məhsuldarlığının daima yüksəldilməsi qanunu, əmək fəaliyyətinin dəyişilməsi qanunları və s. ilə tənzim olunur. MTİ-lərin və qulluqçuların ƏET-nin texniki-texnoloji əsasları da vardır. Texnika və texnologiyanın inkişaf səviyyəsi ƏET-li üçün mühüm şərtdir. Bununla əlaqədar olaraq eyni zamanda MTİ-lərin və qulluqçuların istehsal prosesindəki texnika və texnologiyanın bilmələri də vacibdir. Məsələn, deyək ki, tornaçının əməyi normalaşdırarkən, yaxud onun əməyini səmərəli təşkil etmək üçün tornaçı texnologiyasının əsaslarını, spesifık xüsusiyyətlərini bilmək lazımdır.

ƏET-nin təşkilati-iqtisadi əsası özündə hər şeydən əvvəl, onun ümumi səviyyəsini, konkret məzmununu ifadə edir, müəssisədə əməyin təşkili sisteminin quruluşunu göstərir. Bu isə ƏET-nin istiqamətləri ilə müəyyən edilir. ƏET-nin hər bir istiqaməti üzrə praktiki yaradıcılıq işləri xüsusi təşkilati prinsiplərə əsaslamr. Məsələn, əmək bölgüsü və əmək kooperasiyasının səmərəli formasını seçmək üçün bu formanın təsnifləşdirilməsi, əmək bölgüsünün sərhədlərini ayırmaq, kadrları yerləşdirmək, peşə və funksiyaların qovşumasını bilmək mühüm əhəmiyyət kəsb edir. ƏET-nin təşkilati-texniki əsasının xüsusi təşkilati prinsipləri vardır. Bu prinsiplər aşağıdakrlardır: a) hərəkətə qənaət prinsipi. Bu prinsip işi yerinə yetirərkən artıq, lazımsız, təkrar hərəkətlərin qarşısını almağı, əmək metodlarını təkmilləşdirməyi tələb edir. b) iş yerinə xidməti tənzim edən prinsip. Burada iş yerinə xidmətə sərf olunacaq vaxtı əvvəlcədən qeydə almalı, onun pozulmasına imkan verilməməlidir. v) işçinin ixtisasının onun yerinə yetirdiyi işə uyğun gəlməsi prinsipi. q) əmək normalarının texniki, iqtisadi və psixo-fızioloji əsaslandırılması prinsipi və s. Bu prinsiplərin adlarından göründüyü kimi böyük sosial-iqtisadi əsası özünə həmçinin əməyin təşkilinin yüksəldilməsi metodlarını, əmək proseslərinin təkmilləşdirilməsi proseslərini, təkmilləşdirilmiş tədbirlərin iqtisadi səmərəsinin hesablanması, ƏET-li üzrə tədbirlərin işlənməsi və layihələndirilməsinin təşkili formalarını, ƏET-nin bütün nonnativlər bazasını özünə daxil edir.

ƏET-nin psixo-fızioloji, sanitar-gigiyenik və estetik əsaslan vardır. MTİ-lərin və qulluqçularm əmək qabiliyyətinə, əmək məhsuldarlığına əmək şəraiti həlledici təsir edir. Buna görə də ƏET-nin tətbiqi bir sıra elmlərin kompleks nailiyyətlərinə əsaslanmalıdır. Belə elmlərdən, hər şeydən əvvəl, əmək fıziologiyasını göstərmək lazımdır. Əməyin fıziologiyası iş yerinin təşkilini yaxşılaşdırarkən, qabaqcıl əmək metodlarının layihələşdirilməsi və tətbiqi zamanı, əməyin normalaşdırılması, əmək və istirahət rejimini elmi əsaslarla işlənilməsi zamanı mühüm əhəmiyyət kəsb edir.

Əmək psixologiyası da burada mühüm rol oynayır, o insanın əmək yaradıcılığının gedişində onun psixi funksiyalarının dəyişməsi məsələlərini öyrənir. Əmək psixologiyasından əmək bölgüsü və kooperasiyası, kadr hazırlığında, iş yerinin təşkilinin yaxşılaşdırılmasında, kadrların hazırlığının yüksəldilməsi zamanı da istifadə olunur. Əmək gigiyenası və sanitariyası da, həmçinin istehsal şəraitinin yaxşılaşdırılmasına işçilərin iş qabiliyyətinin və sağlamlığının saxlanması və qorunması məqsədini güdür. ƏET-də istehsalat estetikası da mühüm yer tutur. Bu, elm və praktikanın yaradıcılığının iki əsas istiqamətini özündə birləşdirir. Onlardan biri - bədii konstruksiya məmulatı, istehsal gücləri və əl alətləri, digəri isə - istehsal binalarının xarici görkəmini təkmilləşdirmək, onları estetikanın nümunələrilə dəyişdirmək, istehsal estetik cəhətdən hərtərəfli şərait yaratmaqdır. Hər iki istiqamətin göstəricilərinin özü insanın anatomik, fızioloji və psixi tələbatından irəli gəlir. İstehsalat estetikasının nailiyyətlərinin tətbiqi əmək şəraitinin yaxşılaşmasına, iş yerinin təşkilinin, işin yerinə yetirilməsinin metodlarının təkmilləşməsinə səbəb olur. ƏET-nin pedaqoji əsası da vardır. Pedaqogika - təhsil, adamların öyrədilməsi elmidir. Pedaqogikanın məqsədi pedaqoji proseslərin qanunauyğunluqlarını öyrənmək, təhsilin səmərəli forma və metodlarını öyrənmək, vətənpərvərlik tərbiyəsi, yeni insanın formalaşmasıdır. Pedaqoji elmin nailiyyətləri əməyin təşkilinin təkmilləşdirilməsinin bir çox problemlərini müvəffəqiyyətlə həll etməkdə mühüm əhəmiyyət kəsb edir. Buna misal olaraq, hər şeydən əvvəl, kadr hazırlığının, qabaqcıl əmək metodlarının müxtəlif formalarının təşkili, işçilərin ixtisaslarının artırılmasını göstərmək olar.



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin