İnsan resurslarının idarə edilməsi ” mühazirələrin icmalı Mövzu İnsan resursları: mahiyyəti və məzmunu


İşçi heyətinin idarə edilməsinin sistemli, çox aspektli



Yüklə 0,58 Mb.
səhifə19/60
tarix03.02.2022
ölçüsü0,58 Mb.
#52030
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   ...   60
referat 3325

8.2. İşçi heyətinin idarə edilməsinin sistemli, çox aspektli

xarakterik funksiyaları və prinsipləri
Heyətin idarə edilməsi iqtisadi, sosial, hüququ, təşkilatı və psixoloji məsələləri əhatə edir. Ona görə də heyətin idarə edilməsinə aşağıdakı aspektlər, istiqamətlər baxımından yanaşmaq olar:

- insan resurslarından səmərəli istifadə edilməsi;

- işçinin potensialının aşkara çıxarma və fəaliyyətini motivləşdirmə, stimullaşdırma;

- heyətin fəaliyyətinin təşkilatların iqtisadi göstəriciləri və nəticələri ilə əlaqələndirmə;

- heyətin idarə edilməsi təşkilatın iqtisadiyyatının tərkib hissəsi kimi;

- insanın istehsal fəaliyyətinin təşkili baxımından;

- insana, onun fəaliyyətinə iqtisadi (istehsal və istehlakın subyekti kimi), sosial (sosial qrupun üzvü kimi), peşə - ixtisas, demoqrafıya, sinfi, sosial status, bioloji, mədəni, mənəvi dəyərlər sistemi baxımından yanaşma;

Ona görə də heyətin idarə edilməsinin inteqrativ səciyyə daşıyan aşağıdakı konsepsiyaları vardır:

1. Sosioloji konsepsiyalar (sosial davranış, əmək davranışı, sosial qrup nəzəriyyələri, münaqişələr.)

2. İqtisadi konsepsiyalar. (İşçi qüvvəsinin maddi stimulları, əmək bazarı problemləri, əmək kollektivlərinin təmin edilməsi və s.)

3. Psixoloji konsepsiyalar. (İşçinin dəyərlər meyli, mentaliteti, ünsiyyətin və davranışın psixoanalizi, əmək fəaliyyətinin psixologiyası və s.)

4. Əmək və sosial huquq. (Heyətin idarə edilməsi prosesinin müəyyən qanunlar, qaydalar çərçivəsində aparılması. Əmək hüququ, tarif razılaşmaları, muzdlu işçi və iş verən arasındakı hüquqi münasibətlər və s.)

İşçi heyətini idarə edərkən yuxarıdakı konsepsiyalar və müəyyən elmi prinsiplər hökmən nəzərə alınmalıdır.


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin