İnsan resurslarının idarə edilməsi ” mühazirələrin icmalı Mövzu İnsan resursları: mahiyyəti və məzmunu



Yüklə 0,58 Mb.
səhifə5/60
tarix03.02.2022
ölçüsü0,58 Mb.
#52030
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   60
referat 3325

2.3. Demoqrafik və iqtisadiproseslərin qarşılıqlı əlaqəsi
Demoqrafık və sosial-iqtisadi proseslər bir-birilə üzvü halda bağlıdır. İstər iqtisadi və istərsə də demoqrafik proseslər dinamik səciyyə daşıyır və bir çox müvafiq sosial-iqtisadi, bioloji, səhiyyə amilləri ilə şərtləşir. Bu özünü əhalinin təbii təkrar istehalında, təbii hərəkətində daha aydın halda biruzə verir.

Demoqrafık-iqtisadi proseslərin vəhdətliyi əhali strukturunun aşağıdakı istiqamətlər baxımından öyrənilməsini zəruri edir: 1) Yaş-cins strukturu; 2) sosial struktur; 3) iqtisadi struktur; 4) mülkiyyət formalarına, mənsubiyyətinə görə; 5)regional struktur; 6) ailə və etnik struktur; 7) şəhər və kənd üzrə struktur və s.

Bazar münasibətləri şəraitində əhalinin optimal demoqrafik təkrar istehsalının təmin edilməsi və onun proqnozlaşdırılması ən çətin probləmlərdən biridir. Ən çətin problemlərdən biri demoqrafık strukturun formalaşması və onların birbirilə əlaqələndirilməsi və struktura təsir edən amillərin, bütövlükdə demoqrafık situasiyanın nəzərə alınmasıdır. Əhalinin təkrar istehsalının optimal tipinin meyarları və parametrlərinin müəyyən edilməsi və onların reallaşması həm nəzəri-metodoloji və həm də praktiki cəhətdən (demoqrafık investitsiyanın məhdudluğu səbəbindən) son dərəcə çətin problemdir. Çünki burada istər kəmiyyət və istərsə də keyfıyyət göstəriciləri kəmiyyətinin və ona təsir edən amillər arasındakı əlaqə sıxlığının sistemli, kompleks təhlili və mürəkkəb demoqrafik proseslərin bütün istiqamətlərinin, tərəflərinin ardıcıl halda öyrənilməsi tələb olunur. Bütün bunlar nəticə etibarilə iqtisadi, demoqrafık və sosial sferanın (ocümlədən səhiyyənin) inkişafı ilə şərtləşir. Bu baxımdan əhalinin təkrar istehsalının optimal tipi variantlarına, demoqrafik optimuma nail olunması yolları bir sıra obyektiv və subyektiv amillərlə məhdudlaşa bilir. Ona görə də burada ən başlıca məsələ ölkənin sosial-iqtisadi vəzifələrinin, iqtisadi-sosial potensialının artırılmasıdır. Həmin vəzifələrin, problemlərin yalnız mikrosəviyyədə, bazarın öz-özünə tənzimlənməsi qaydasında həll oluna bilməsini israr etmək sadəlövlük olardı. Bu səbəbdən də burada həm demoqrafık optimum və onun indikatorlarının, göstəricilərinin seçilməsi və həm də onların reallaşa bilməsi imkanlığı vəhdət halında nəzərə alınmalıdır. Ümumi daxili məhsulun, milli gəlirin fərdi, sosial istehlak fonduna ayrılma imkanlılığı, bütövlükdə iqtisadi artım burada mühüm əhəmiyyət kəsb edir. Əmək qabiliyyətli əhalinin yeni iş yerləri ilə təmin edilməsi baxımından milli gəlirin istehsal yığımı əmsalının nəzərə alınması, onun aşağı və yuxarı həddinin proqnozlaşdırılması da vacibdir. Problemə belə yanaşıldığı təqdirdə demoqrafık proseslərlə bağlı olan riyazi-iqtisadi modellər mücərrəd, formal sxemadan real iqtisadi-demoqrafik proseslərə çevrilə bilər. Bir sözlə, real iqtisadi şərait əhalinin optimal təkrar istehsalına, artımına uyğun gəlməlidir, onun müqəddəs şərtinə çevrilməlidir. Bununla belə bütövlükdə iqtisadi və demoqrafık proseslərin, şəraitin özü də bir-birinə səmərəli halda uyğun gəlməli, uzlaşmalıdır. Göründüyü kimi, demoqrafık proseslər, demoqrafık göstəricilər sadəcə olaraq coğrafı mühitlə, sakinləşmə ilə məhdudlaşmır. O iqtisadi münasibətlərlə, əmək bölgüsü ilə (sahələr üzrə məşğulluq), əmtəə-pul münasibətləri (istehsal-bölgü) ilə, ailə, etnik, sosial-psixoloji, tibbi-bioloji problemlərlə üzləşir.


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin