11) Mütənasiblik prinsipi. İdarəetmə əməyi prosesinin elə qurulmasını tələb edir ki, burada idarəetmə aparatının ayrı-ayrı bölmələrinin və iş yerlərinin yerləşdirilməsi informasiya axını hərəkətinin istiqamətinə, informasiyanın ləngiməsinə, onu geriyə qaytarmağa yol verməmək şərtinə uyğun olsun. Qeyd edilən prinsipin idarəetmə aparatında sənəd dövriyyəsinin təkmilləşdirilməsi və onların keyfıyyətinin yaxşılaşdırılmasında böyük əhəmiyyəti vardır;
12) Fasiləsizlik prinsipi.Əvvəldə göstərdiyimiz kimi, ƏET-nin əsas məqsədlərindən biri də canlı əməyin təşkilinin istehsalın texnika və texnologiyasının inkişaf səviyyəsinə uyğunluğu ilə bağlıdır. Belə uyğunluq olmasa heç bir ən yeni texnika belə lazımi qədər effektlilik verə bilməz. Texnika və texnologiya həmişə inkişafdadır. Onlar daim yeniləşir və təkmilləşir. Buna görə də ƏET-li texniki tərəqqini daim, fasiləsiz olaraq izləməlidir. Onun formaları daha dinamik və çevik olmalı, istehsal şəraitinin dəyişməsilə əlaqələnməlidir. Fasiləsizlik prinsipi idarəetmə funksiyalarının yerinə yetirilməsində mütəxəssislərin iş vaxtı itkilərini, lazımi informasiyaların daxil olmasının ləngidilməsini və işdə reqlamentləşdirilməyən hər cür təyinath fasilələrin aradan qaldırılmasını nəzərdə tutur. Yüksək əmək intizamı, hər bir idarəetmə həlqələrində onlara həvalə edilmiş funksiyaların müəyyən edilmiş reqlamentdə yerinə yetirilməsinə ciddi əməl edilməsi fasiləsizlik prinsipinin təmin olunmasının mühüm şərtlərindəndir;