İnstitutu


  Təhsilin  səmərəli  olması  üçün  nələrin  (hansı  bacarıqların)  qazanılması  zəruridir?  2



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə30/78
tarix02.01.2022
ölçüsü1,26 Mb.
#40219
1   ...   26   27   28   29   30   31   32   33   ...   78
5 Kimya-kurikulum(1)

1.  Təhsilin  səmərəli  olması  üçün  nələrin  (hansı  bacarıqların)  qazanılması 

zəruridir? 



2.  Mövcud  biliklərin  sürətli  artımı  şəraitində  nələri  (hansı  bilikləri) 

öyrənməyə ehtiyac yoxdur? 



3.  Kurikulumu  real  həyatla  əlaqələndirməkdə  müəllimlər  çətinlik  çəkirlərsə, 

onda məktəblər mənəvi keyfiyyətləri necə aşılaya bilər? 



4.  Kurikulumların  inteqrasiyası  zamanı  müxtəlif  fənnləri  bir-biri  ilə 

əlaqələndirən mövzuların ardıcıllığı, uyğunluğu gözlənilirmi? 



Ümumi təhsildə inteqrasiyanın aşağıdakı əsas növləri vardır; 

  Fəndaxili  inteqrasiya  -  hər  hansı  bir  fənn  üzrə  nəticələrin  sinifdaxili  və 



siniflərarası əlaqələrini nəzərdə tutur. 

  Fənlərarası inteqrasiya-  fənn  üzrə  nəticələrin  digər  fənlər  üzrə  nəticələrlə 




 

 

20 



əlaqəliliyini nəzərdə tutur. 

Standart əsaslı kurrikulum aşağıdakı suallara müəyyən qədər cavab verir: 

1.  Müəllimlərin kimya fənni üzrə tədris etməli olduqları mövzuları həqiqətən 

tədris etdiklərinə necə əmin ola bilərik? 

2.  Şagirdlərin maksimum təlim fəaliyyətini necə təmin etmək olar? 

Fənlərin  məzmunu  ilə  bağlı  standartlar  şagirdlərin  bilməli  və  bacarmalı 

olduqlarını  müəyyənləşdirir.  Həmin  standartlar  bir  çox  hallarda  qiymətləndirmə 

prosesləri  üçün  standartlaşdırılmış  testlərlə  əlaqələndirilir.  Belə  hallarda  tələb 

olunan  standartların  sadəcə  olaraq  öyrənilən  mövzuların  şagirdlər  tərəfindən  tam 

mənimsənilmədiyini, materialların mexaniki yadda saxlanılması ilə nəticələndiyini, 

şagird fəaliyyətləri üçün motivasiya həyata keçirilmədiyini nəzərə almaq lazımdır. 

Aktiv  və  interaktiv  təlim  strategiyalarından  istifadə  etdikdə  standartlaşdırılmış 

testlərin tətbiq edildiyi dərslər səmərəli olmur və müvafiq prinsiplər əsasında onları 

təşkil etmək üçün vaxt və imkan yoxdur. Bununla yanaşı insanın yeni qazandığı və 

əvvəlcədən  əldə  etdiyi  bilikləri,  bacarıqları  əlaqələndirilərsə  onun  öyrənmək 

qabiliyyətinin  hüdudsuz olduğunu  nəzərə almaq  lazımdır. İnteqrativ  üsullardan  və 

fənlərarası  yanaşmalardan  istifadə  edərək  yeni  kurrikulum  mövcud  standartları 

şagirdlərə  mənimsətməyi,  onların  təlim  prosesini  daha  maraqlı  qurmağı  təmin 

etməlidir.  Standart  əsaslı  təhsilin  imkanları  öyrənilərək  yeni  yaradılan 

kurrikulumlarla  əlaqələndirilməli,  ayrı-ayrı  fənlərin  tədrisi  üçün  nəzərdə  tutulan 

standart əsaslı təhsil  inteqrativ kurikulumla  əvəz edilməlidir. Nəzərdə tutulmalıdır 

ki,  standartlar  fənlər  üzrə  şagirdlərin  yerinə  yetirməli  olduqları  fərdi  tapşırıqlar 

demək  deyildir  və  ona  görə  də  kimyadan  yeni  kurrikulum  hazırlanarkən 

müəyyənləşdirilmiş  standartlar  fənlər  arasında  məqsədə  uyğun  şəkildə 

əlaqələndirilmişdir. Hazırda standartlara əsaslanan fənlərarası inteqrasiya olunmuş 

kurrikulumun  hazırlanması  əsas  strategiya  kimi  qəbul  olunsa  da  təlim  prosesində 

fənlərin ayrılıqda öyrənilməsinə kifayət qədər yer verilməlidir. 

Təhsilin  məzmununa  xüsusi  konstruksiya  verən  fənlərarası  və  fəndaxili 

əlaqələr  təhsil  sektorunun  inkişaf  layihəsi  çərçivəsində  inteqrativ  kurikulumun 

mahiyyətini  təşkil  edir.  Təcrübəli  müəllimlərin  fikrincə  inteqrativ  təlim  bacarığı 

olmadan  hər  hansı bir  fənnin tədrisində  müvəffəqiyyət əldə etmək  mümkün deyil. 

Şagirdlərə  dayanıqlı  və  kompleks  şəkildə  biliklər  vermək,  onların  dünyagörüşünü 

genişləndirmək,  şagird  təfəkkürünün  inkişafında  tədqiqatçılığa  meyl  yaratmaq, 

qazanılan  nəzəri  bilikləri  praktik  olaraq  həyata  tətbiq  etmək  və  s.  bacarıqların 

formalaşdırılmasında interaktiv kurikulumun əhəmiyyəti əvəzedilməzdir. 

Cəmiyyətdə  və  təbiətdə  daim  inteqrasiya  mövcud  olmuşdur.  Məsələn,  hər 

hansı  peşə  sahibi  müəyyən  işin  həyata  keçirilməsində  müxtəlif  bacarıqlardan 

istifadə edir və ya görəcəyi işin digər məsələlərə olacaq təsirini müəyyən edə bilir. 

Təlim  prosesində  nəzərdə  tutulan  inteqrativ  kurikulum  mövzuların 

öyrənilməsinə  qlobal  yanaşma  çərçivəsində  onların  birgə  öyrənilməsinə  xidmət 

göstərir. 

Maddi  aləmin  dərk  edilməsində  aparıcı  rola  malik  olan  kimya  fənni  təbiət 

hadisələrinin qarşılıqlı əlaqəsinin başa düşülməsi üçün dünyagörüşü  formalaşdırır. 

Kimya  fənninin  mahiyyət  etibarı  ilə  maddi  aləm  məvhumunda  dərk  edilməsi`bu 

fənnin  tədrisində  inteqrasiyanın  tətbiq  edilməsinə  olan  zərurətin  daha  yüksək 



 

 

21 



olmasına  əsas  verir.  Kimya  fənninin  tədrisində  yalnız  təbiət  fənləri  deyil,  eləcədə 

texniki  fənlərin  tətbiq  edilməsi  inteqrativlik  baxımından  kimyanın  rolunu 

yüksəldir,  onu  mərkəz  mövqeyə  gətirir,  fənnin  didaktiv  əhəmiyyətini  artırır, 

müxtəlif  təlim  metodlarının  tətbiqinə  imkan  verir,  digər  fənn  sahələri  ilə  birgə 

kombinasiyalar yaratmağı tələb edir. 

İnteqrativ təlimdə kimya fənni şagirdlərdə: 

  sərbəst düşünməyə 



 

qruplarda işləməyə 



 

müzakirələrdə öz mövqeyini bildirməyə 



  layihələr hazırlamağa 

 

mövzunun aktuallığını əsaslandırmağa 



 

mövzunun  əhəmiyyətini,  digər  sahələr  üçün  tətbiq  edilməsi  və  s.  kimi 



xüsusiyyətlərinə imkan yaradır 

belə ki, müəllim tədris prosesində: 

  məsələnin həllinə kompleks yanaşmaq 



 

mövzulararası əlaqələri yaratmaq 



 

sagird bacarığının inkişafına diqqət yetirmək 



  sagirdlərə  hər  hansı  mövzuya  dair  biliklərin  sistemli  şəkildə  artan  sırasını 

müşahidə etmək 

  təlim  prosesini  qiymətləndirmək  və  s.  xüsusiyyətləri  yüksək  dərəcədə 



mənimsəməlidir: 

Kimya  fənni  inteqrativlik  baxımından  aşağıdakı  fəaliyyət  üsulları  üzərində 

qurulmuşdur: 


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin