İnstitutu



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə31/78
tarix02.01.2022
ölçüsü1,26 Mb.
#40219
1   ...   27   28   29   30   31   32   33   34   ...   78
5 Kimya-kurikulum(1)

Qrup  işi  -  şagirdlərin  fərdi  olaraq  əldə  etdikləri  bilik  və  bacarıqlardan  daha 

çox  müvəffəqiyyət  qazandıran  birgə  fəaliyyət  növüdür.  Kiçik  qrup  şəklində 

fəaliyyət  göstərən  şagirdlər  öz  aralarında  iş  bölgüsü  aparır.  Qarşıya  qoyulmuş 

məqsədə  çatmaq,  cədvəl  və  qrafiklər  üzərində  tədqiqat  aparmaq  eləcə  də  sənaye 

müəssisələrinə  ekskursiyalar  zamanı  istifadə  olunması    üçün  daha  uyğun  olan 

təşkilat formasıdır. 



Əməkdaşlıq  -  fərdlər  arasında  hər  hansı  problemin  həllinə,  mövzuda  qarşıya 

qoyulmuş məqsədə çatmaq üçün yaradılan münasibət formasıdır. 



Resurslardan istifadə - fəaliyyətin tədqiqatçılıq təşkili və öyrənilən mövzunun 

səmərəliliyinin  artırılması  üçün  tədris  olunan  mövzunun  bəzi  aspektlərinin 

sistematik  araşdırılması  tələb  olunur.  Bu  isə  dərsliklərə  əlavə  olunan  cədvəllər, 

qrafiklər və digər vəsaitlərdən istifadəyə əsaslanır. 



Motivasiya  -  şagirdlərə  öyrənilən  mövzu  üzrə  əldə  edəcəkləri  bilik  və 

bacarıqlara  dair,  onların  idraki  maraqlarını  yaratmaq,  şagirdlərin  təfəkkürünə 

qabaqcadan  müəyyən  edilən  məqsədə  istiqamət  vermək,  eləcə  də  öyrənilən 

mövzuya  həvəs  oyatmağı  təmin  edən  fəaliyyətdir.  Kimya  fənninin  tədrisində 

motivasiya  imkanları  geniş  və  hərtərəflidir.  Motivasiya  öyrənilməsi  nəzərdə 

tutulan, yaşadığı ölkənin, təbii zonanın faydalı qazıntı ehtiyatları, onlardan istifadə 

texnologiyalarını  və  s.  təsvirinə  dair  parçanı  oxumaqla  və  ya  təbii  ehtiyatlara  və 

onlardan  istifadə  texnologiyalarına  dair  suallar  qoymaqla,  öyrəniləcək  mövzunun 

məzmunundakı  səbəb-nəticəyə  əsaslanan  müddəaların  həyati  əhəmiyyətinin  baş 



 

 

22 



vermə  səbəblərinə  maraq  yaratmaq  məqsədilə  hazırlanmış  audio-video  kadrları 

nümayiş  etdirməklə  və  s.  təşkil  etmək  mümkündür.  Motivasiya  dərsin  əvvəlində 

təşkil  olunur  və  tətbiq  edilməsi  planlaşdırılan  bacarıqların  həyata  keçirilməsində 

şagirdlərdə mövcud olan biliklərin kifayət qədər olmadığı onlara aşılanır. Bununla 

da şagirdlərin fikri öyrədiləcək mövzunun məqsədinə uyğun istiqamətə yönəlir və 

aktivlik dərəcəsi artırılır. 



Təlim  prosesinin  portfoliosu  -  şagirdlərin  kimya  fənni  üzrə  öyrənmə 

müvəffəqiyyətlərinin eksperiment (təcrübə) və modellərin qurulmasının köməyi ilə 

sübut  edilmək  üçün  seçilmiş  nümunələrin  toplusudur.  Məsələn,  verilmiş 

maddələrin  məhlullarının  elektrik  keçiriciliyinin  müqayisəsi  ilə  onların  ionlara 

dissosiasiyanın,  eləcədə,  verilmiş  rəqəmlərə  əsa-sən  dissosiasiya  dərəcəsinin 

hesablanması, elektroliz  hadisəsinin  mahiyyətinin dərk edilməsi  və s.-dən  istifadə 

etməklə  şagirdlərin  yalnız  kimya  fənni  üzrə  deyil,  eləcədə,  digər  fənnlər  üçün 

müvəffəqiyyət səviyyəsi qiymətləndirilə bilər. Portfolioların obyektiv  və  vaxtında 

yoxlanılması şagirdlərin fənni öyrənilməsinə ruhlandırılmasına xidmət edir. 

Əlaqələndirmə-  fəaliiyyətin  elə  bir  növüdür  ki,  bu  zaman  kimya  fənni  digər 

fənlərin nailiyyətlərindən istifadə etməklə: 

 

-Mövzunun  izah  edilməsi  zamanı  digər  fənlərin  məzmunundakı  nəzərdə 



tutulan  biliklərə  əsaslanır  (məsələn  kimyəvi  reaksiyanın  sürəti  mövzusunu,  eləcə 

də  maddə  miqdarının  hesablanması  mövzusu  kimya  və  riyaziyyat  fənlərinin  birgə 

kontekstində  öyrənilə  bilər  və  ya  qazların  normal  şəraitdə  və  digər  şəraitlərdə 

sıxlığı, eləcə də elektroliz  mövzusu  fizika  fənnindəki, zülallar  mövzusu  biologiya 

fənnindəki eyni mövzuya əsaslanır). 

 

- Mövzunun öyrənilməsində fənlər arasında mövcud olan boşluqlar doldurulur 



(məsələn,  dəmir  mövzusu  “insan”fənnində  öyrənilən  tənəffüs  sistemində 

hemoqlobinin  rolu  mövzusu  ilə  əlaqələndirilir  və  dəmirin  canlı  orqanizmdə  rolu 

aydınlaşdırılır.  Eləcə  də  Biologiyada  verilmiş  geoxronoloji  cədvəlin  təhlili  ilə 

müəyyən  dövrdə  bitki  aləminin  yayılması  və  müasir  dövrdə  daş  kömür,  təbii  qaz 

və neft yataqlarının əmələ gəlməsi arasında uyğunluq müəyyən edilə bilər). 

 

-Mövzunun  öyrənilməsinə  digər  fənlərin  tətbiq  edilməsi  şagirdlərdə 



tədqiqatçılığa  olan  meyli  gücləndirir.  Məsələn,  kimyada  maddələrin  xassələrinin 

müəyyən parametrlərdən  (temperaturdan, təzyiqdən, molyar kütlədən və s.) asılılğı 

qrafiklərinin  və  ya  müəyyən  bir  kimyəvi  prosesi  əks  etdirən  cədvəllərin 

çəkilməsində rəsmxətt və rəsm fənlərinin, riyaziyyatın və fizikanın tətbiqi, kimyəvi 

hadisələrin  obrazlı  təsviri  üçün  ədəbiyyat  fənlərindən  nümunələr  gətirilməsi  və  s. 

istifadə edilir. 

Kimya  fənninin  tədrisində  inteqrativlik  baxımından  yuxarıda  sadalanan 

fəaliyyət metodlarının sayını artırmaq olar. Lakin bunları bir sözlə ifadə etmək olar 

ki,  inteqrativ kurrikulum  reallığa  əsaslanır,  yüksək  səviyyədə  şagird  yönümlüdür, 

yeniyetmə  və  gənclərin  müstəqil  həyata  hazırlanması  prosesinə  təkan  verir,  onun 

köməyi  ilə  müəyyən  məzmunlu  bilik  üçün  müxtəlif  fənnlərin  kombinasiyası  

qurula bilir. 

Ümumtəhsildə  kimya  fənninin  məzmununda  təlim  nəticələrinin  və 

standartların fəndaxili (siniflərarası) və fənlərarası inteqrasiyası imkanlarını təqdim 

olunan cədvəllərdə müşahidə etmək olar. 




Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin