3. Eksperiment və modelləşdirmə
Şagird:
3.1. Kimyəvi hadisələrə və onların qanunauyğunluqlarına aid eksperimentlər
aparır.
3.1.1. Oksigenli, azotlu üzvi birləşmələr və polimerlərə aid eksperimentlər aparır,
təqdimatlar hazırlayır.
3.2. Molekulların quruluşunu, kimyəvi prosesləri modelləşdirir.
3.2.1. Oksigenli, azotlu üzvi birləşmələr və polimerlərin quruluşunu, onlara aid
kimyəvi prosesləri modelləşdirir.
4. Kimya və həyat
Şagird:
4.1. Kimyəvi maddələrin və proseslərin tətbiqinə dair biliklər nümayiş etdirir
4.1.1. Oksigenli, azotlu üzvi birləşmələr və polimerlərin tətbiqinə dair layihələr
hazırlayır, təqdimatlar edir.
4.2. Ətraf mühitin kimyəvi maddələrlə çirklənməsinə və onun aradan qaldırılm-
asına dair məlumatlara malik olduğunu nümayiş etdirir.
4.2.1. Oksigenli, azotlu üzvi birləşmələr və polimerlərin ətraf mühiti
çirkləndirməsini, . onun aradan qaldırılması yollarını şərh edir, layihələr hazırlayır.
4.3. Kimya sahəsində görkəmli alimlərin nailiyyətləri barədə məlumatlara malik
olduğunu nümayiş etdirir.
4.3.1. Oksigenli, azotlu üzvi birləşmələr və polimerlər sahəsində görkəmli alimlər
barədə referatlar hazırlayır, təqdimatlar edir.
Dostları ilə paylaş: |