İnstitutu



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə51/78
tarix02.01.2022
ölçüsü1,26 Mb.
#40219
1   ...   47   48   49   50   51   52   53   54   ...   78
5 Kimya-kurikulum(1)

4. Kublaşdırma 

   


Şagirdlərin  hər  hansı  problemə  inteqrativ  və  mürəkkəb  yanaşma 

bacarıqlarını inkişaf etdirmək məqsədinə xidmət edən kub metodu, əslində B.Blüm 

taksanomomiyasına əsaslanır.Bu  metoddan tədqiqiqat xarakterli  mövzuların tədris 

edilməsində  istifadə  etmək  məqsədəuyğundur.  Kub  metodu  aşağıdakı  mərhələləri 

özündə birləşdirir: 

     1.Kartondan kubun həndəsi formasına uyğun maketi yaradılır. 

      2.  Kubun  tərəfləri  üzərində  şagirdlərin  fəaliyyətini  istiqamətləndirmək  üçün- 

təsvir  et,  müqayisə  et,  təhlil  et,  assosiyiya  yarat,  tətbiq  et,  mubahisə  et  sözləri 

yazılır. 

      3.  Dərs  prosesində  müzakirə  olunacaq  mövzunun  adı  bu  və  ya  digər  şəkildə 

elan edilir(konkret şəkildə və ya hər hansı metod vasitəsi ilə) . 

     4.  Sinif  altı  qrupa  ayrılır.Qrupların  liderləri  (püsk  atmaq  yolu  ilə)  arasında 

kubun hansı tərəfini seçməklə (rəqəmlər və ya müxtəlif rənglərə əsasən  deməklə) 

qeyd olunan tapşırığı alır. 

     5.  Mövzunun  və  ya  situasiyanın  qruplarda  təhlili  onlara  düşən  tapşrıq  əsasında 

aparılmalıdır. 

      a) təsvir et – mövzunun ölçüləri, forması yerləşməsinə dair məlumat verir  

      b) müqayisə et – problemin oxşar və fərqli cəhətlərinin üzə çıxarılması, onların 

təhlili 

      c)  assosasiya  yarat-  hansı  mövzular  ilə  əlaqəlidir,  və  ya  bu  sizi  nə  haqda 

düşündürməyə sövq edir. 

     d) təhlil et - onun tərkibini, mahiyyətini izah etmək tələb olunur. 

     e)  tətbiq  et  -  mövzunun  həyati  əhəmiyyəti  nədir,ondan  harada  və  nə  məqsədlə 

istifadə etməyin mümkünlüyünü  müəyyən edirlər. 

     k)  mübahisə  et  -  mövzuya  dair  alternativ  (əks)  fikirlərə  dair  dəlillər  gətir,  öz 

mövqeyinizi (lehinə və əlehinə) əsaslandırın.  

6.  Şagirdlərin  işinin  yekunu  plakat  şəkilində  və  ya  hazırlanmış  iri  «kubun» 

üzərində yazıla və sinifdə (eləcə də məktəbdə) nümayiş etdirilə bilər. 

        Şagirdlərin  yuxarı  yaş  həddində  kublaşdırma  metodu  daha  yüksək  (B.Blüm 

taksonomiyasına uyğun) səviyyədə təşkil olunur. Burada  əsas məqsəd şagirdlərin 

bilik  səviyyəsinin  aşağı  səviyyədən  yuxarıya  doğru  yüksəldilməsini  təmin 

etməkdir.    Bu  məqsədlə  çox  cəhətli  sorğu  tətbiq  edilir  ki,  onlar    aşağıdakılardan 

ibarətdir. 


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin