2. « Əqli hücum»
Şagirdlərin fəallığını artırmaq üçün tətbiq olunan ən optimal metodlardan
biridir. Şagirdlərin hər hansı konkret problemin həlli və ya suala cavab tapmaq
üçün yaradıcı təfəkkürünü üzə çıxarmağa təkan verir, onların müxtəlif
vəziyyətlərdən çıxış yolu tapmaq, qərar qəbul etmək səviyyəsini və eləcə də
fikirlərini konkret ifadələrlə söyləmək bacarığını üzə çxarır.
«Əqli hücum»un şagirdlər arasındakı ünsiyyətin yaranmasında da rolu böyükdür.
Lakin bu metodun tətbiq edilməsində əsas məqsəd verilən problemin həlli yollarını
müəyyən etməkdir.
Əqli hücumu həyata keçirmək üçün aşağıdakılara diqqət yetirmək lazımdır:
- Şagirdlər nisbətən böyük qruplarda (8-10 nəfərlik) birləşdirilməlidir.
- Qrupun lideri qoyulmuş problemə dair qrup üzvülərinin söylədikləri ən bəsit
ifadələri qeyd etməlidir.
- İrəli sürülmüş şərhləri ümumiləşdirmək və yeni nəticə çıxarmaq üçün, müəllim
quruplara vaxt ayırır (10-15 dəq). Verilmiş ideyaları müzakirə
etmək, onları inkişaf etdirmək, və təqdim etmədə sistem yaratmaq üçün qrupların
içərisində yarımqruplar ayrılır. Hər bir yarımqrup öz ideyalarını (bu təsvir,
səhnəcik, mahnı, rollu oyunlar və s. şəkilində ola bilər) tam qrupun tərkib hissəsi
kimi nümayiş etdirir.
Əqli hücumun aşağı siniflərdə təşkil edilməsi daha sadə ola bilər. Belə ki,
müəllim sualı lövhədə yazır və sinif şagirdlərinə həmən sualın cavabına dair
47
ideyalarını söyləməyi təklif edir. Şagirdlərin verdiyi (düşünülmüş, təsadüfü və s.)
cavablar heç bir şərh verilmədən lövhəyə yazılır. Yalnız
bundan sonra yazıya alınmış ideyalar təhlil edilir, qruplaşdırılır, mübahisə doğuran
yaxud orjinal fikirlər ayrılır və sualın cavabını əks
etdirən ideyaların şərhi və müzakirəsi aparılır.
Dostları ilə paylaş: |